Mobil versiya
Deputatın adı keçən ölüm işi məhkəməyə göndərildi - DETALLAR
Tarix: 20-04-2019 | Saat: 16:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputatın adı keçən ölüm işi məhkəməyə göndərildi


Millət vəkili Cavanşir Feyziyevə məxsus "Porsche” ilə piyadanı vuran sürücünün məhkəməsi başlayır.

aia.az ONA-ya istinadən xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abbasovun və Azər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi materialları araşdırılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

Ölən qadının, 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşib. Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

O da məlum olub ki, "Porsche Cayenne GTS” markalı avtomobil deputat Cavanşir Feyziyevin adınadır. Ancaq maraqlıdır ki, iş üzrə zərərçəkmiş qismində Milli Məclisin deputatı Cavanşir Feyziyev tanınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024