Mobil versiya
“Yaxşı ki, avantüristlərin təklifi qəbul edilmədi” – Qulu Məhərrəmli yeni qaydalardan danışdı
Tarix: 20-04-2019 | Saat: 15:59
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Yaxşı ki, avantüristlərin təklifi qəbul edilmədi”


"Bəzi xırda dəyişikliklər var, ciddi heç nə dəyişməyib. Xeyli təkliflər olunmuşdu. Nə yaxşı ki, onların çoxu qəbul edilmədi. Alınma sözlərin yazılışı ilə bağlı da müəyyən dəyişikliklər olunub”.

Bu sözləri BakuPost-a açıqlamasında əməkdar jurnalist, professor Qulu Məhərrəmli "Azərbaycan dilinin orfoqrafiya qaydaları” normaların təsdiqlənməsinə münasibət bildirərkən deyib.

Professor bildirib ki, indiki orfoqrafik qaydalar heç bir etiraz doğurmur: "Əsas odur ki, dili korlaya biləcək bəzi avantürist təkliflər qəbul edilməyib. O təkliflər dilimizi zədələyə bilərdi. Dilin təməl prinsipləri qorunub və hesab edirəm ki, müəyyən dərəcədə cilalanıb. Məsələn, "on-line” yox, "onlayn”, e-mail yox, imeil yazmalıyıq. Həmçinin, təsdiqlənir ki, "Gəlməli idi” kimi yazılan sözlər "gəlməliydi” kimi də yazıla bilər. Bundan sonra qaydalara diqqət göstərməliyik. Bu məsələdə mətbuatın üzərinə böyük yük düşür”.

Xatırladaq ki, bu gün Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən "Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib və yeni Normaların təsdiqlənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024