Mobil versiya
Səhiyyə Nazirliyi ölü quruma çevrilir? – Deputat xəstəxanaların TƏBİB-ə verilməsinin səbəbindən danışdı
Tarix: 18-04-2019 | Saat: 17:59
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Səhiyyə Nazirliyi ölü quruma çevrilir? –


Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minəcək.
Qərara əsasən, bir çox dövlət xəstəxanaları TƏBİB-in tabeliyinə verilib.

Məsələ ilə bağlı medicina.az-a açıqlam verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev bildirib ki, bu addım icbari sığortanın tətbiqi ilə bağlıdır:

"Cənab prezidentin ötən ilin sonunda TƏBİB-in yaradılması ilə bağlı fərmanı olub. Nazirlər Kabinetinin bugünkü qərarı həmin fərmanın icrası ilə bağlı verilən qərardır. Həmin qərara görə də, icbarı tibbi sığortanın gələn il fəaliyyətinə başlanması ilə əlaqədar bir çox müəssisələrin idarə olunması İcbarı Tibbi Sığorta Agentliyinin nəzdində yaranan TƏBİB-ə veriləcəkdir.
Bu dövr ərzində ilin sonu qədər həmin müəssisələrin attestasiyası aparılacaq. Daha sonra TƏBİB-in tələblərinə uyğunlaşdırılacaq. Eyni zamanda kompüter və elektron şəbəkəsi formalaşacaq”.

M.Quliyev bu addımdan sonra Səhiyyə Nazirliyinin səlahiyyətlərinin əlindən alınması, formal bir quruma çevrilməsi ilə bağlı yaranan suallara da verib: "Səhiyyə Nazirliyinin çox geniş funksiyaları və səlahiyyətləri var. Adları çəkilən tibb müəssisələrinin Səhiyyə Nazirliyinin nəzdindən çıxarılaraq TƏBİBƏ verilməsi heç də nazirliyin səlahiyyətlərinin azalması demək deyil. Nazirliyin nəzdində yenə də klinikalar, institutlar, elmi tədqiqat institutları, dövlət proqramı ilə maliyyələşən xəstəliklərin müalicəsi proqramları var. Səhiyyə Nazirliyi yalnız sağlamlıq müəssisələrinin idarə edilməsi ilə məşğul deyil. Ümumiyyətlə, ölkədə səhiyyə siyasətinin formalaşması, hazırlanması və həyata keçirilməsi, beynəlxalq əlaqələrin qurulması, normativlərin hazırlanması və s. Səhiyyə Nazirliyinin fəaliyyətinə daxildir. TƏBİB-in yaradılması Səhiyyə Nazirliyinin işinin bir qədər yüngülləşdirəcək, deyə bilərik”.


medican.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə