SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ MÜƏLLİMLƏR DƏ İNTİHAR EDƏCƏKLƏR...
Tarix: 13-01-2016 | Saat: 12:35
Bölmə:Təhsil / Seçilənlər-6 / Manşet / Karusel | çapa göndər
İki gün öncə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Rumiyyə Qasımova imtahandan kəsildiyi üçün özünü öldürməsi xəbəri yayıldı. Dərhal əl-ayağa düşən Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidməti bəyanat yaydı ki, mərhumə semestr boyu təşkil olunan üç ardıcıl kollokviumlarda da çox aşağı nəticə göstərmişdir. Nəticələri ilə razılaşmayan tələbələrə, o cümlədən Qasımova Rumiyyəyə universitetdə yaradılmış “Appelyasiya komissiyası”na müraciət etmələri tövsiyə olunub. Lakin mərhumun “Appelyasiya komissiyası”na müraciət etməməsndən belə nəticəyə gəlmək olar ki, o, nəticəsi ilə razılaşıbdır. Bu azmış kimi Universitet rəhbərliyi onun tələbə yoldaşlarına təzyiq göstərərək onları belə bir ifadə verməyə razı salıb ki, guya həmin gün onunla deyə - gülə universitetdən ayrılıblar. Aşkar görünür ki, SDU rəhbərliyi tələbə qızın intiharının Universitetdəki dözülməz mühitlə deyil, başqa səbəblə əlaqələndirilməsinə çalışır. Bu da istintaqın diqqətinin azdırılmasına xidmət edir.
Ümumiyyətlə, bildirilir ki, Elxan Hüseynov rektor vəzifəsinə təyin olunandan sonra sözügedən ali məktəbin həm professor-müəllim heyəti üçün, həm də tələbə kontingenti üçün universitetdaxili atmosfer olduqca pisləşib. Hökm sürən pessimist əhval-ruhiyyə onların nizam-intizamını, öyrənməyə və öyrətməyə münasibətini zəiflədib. Fakültə dekanları özlərinə məhrəm dairələrdə etiraf edirlər ki, təzə rektor gələndən onlar müqəvvaya çevriliblər, demokratiya prinsipləri pozulub, hər hansı qabaqcıl, kreativ təşəbbüsə yer qalmayıb. Tələbələr də pıçıldaşırlar ki, Elxan müəllim dekanları "əl quzularına"na çevirib, heç bir səlahiyyətləri yoxdu, onlar yalnız rektorun mürtəce əmrlərini qeyri-şərtsiz yerinə yetirməyə məhkumdurlar və belə şərait davam edərsə, hətta dekanlar arasında da özünə qəsd cəhdlərinin baş verəcəyi istisna deyildir.
İrəliləyən saylarımızda Universitetin məsul şəxslərinin mövzuya münasibətini öyrənib oxucularla bölüşməyə çalışacağıq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024