Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti şərh edib - YENİLƏNİB
Tarix: 17-04-2019 | Saat: 14:26
Bölmə:Karusel / Siyasət | çapa göndər
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İvitsa Daçiçla keçirdiyi birgə mətbuat konfransında deyib.
Rusiyalı diplomat deyib ki, həm Bakı, həm Yerevan bu razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır:
“Biz burada mənim iştirakımla və sonradan ATƏT Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin nümayəndəsinin qoşulması ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirdik. Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov bildirib ki, görüş zamanı 2016-cı ilin təklifləri müzakirə olunub. Mənim əlavə sözüm yoxdur. Bu təkliflərin məzmununa gəldikdə isə, həmsədr ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları möhkəmlənmiş yanaşmalar məcrasında hərəkət edir”.
Görüş zamanı qeyd olunmuş humanitar tədbirlərə gəldikdə isə S.Lavrov qeyd edib ki, onlar birgə bəyanatda dəqiq əks olunub:
“Bu tədbirlər tərəflərin xüsusən kənd təsərrüfatı işləri zamanı vəziyyətin sabitləşməsi üçün əlavə səylərini, qarşı tərəfdə əsirlikdə saxlanan şəxslərin yaxınları tərəfindən ziyarət olunmasına kömək göstərilməsini və insanlar arasında təmaslar, xüsusilə KİV nümayəndələrinin səfərlərinə şəraitin yaradılmasını əhatə edir. Hesab edirəm ki, bu, faydalı razılaşmadır. Bakı və Yerevan bu razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır. Biz buna kömək edəcəyik”.
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024