Mobil versiya
"Prezident İlham Əliyevdən üzr istəyirəm" - Fədayə Laçının MƏHKƏMƏSİNDƏN
Tarix: 15-04-2019 | Saat: 17:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Prezident İlham Əliyevdən üzr istəyirəm" -




Xüsusi təyinatlı vaqondan criminal avtoritetlərin qaçmasına kömək etməkdə təqsirli bilinərək həbs edilən müğənni Fədayə Laçın və daha 12 nəfərin şikayəti əsasında məhkəmə davam edib.



Bakupost.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə konvoy taborunun sabiq komandiri Bəhruz Abdullayev çıxış edib. O deyib ki, dəstə başçısı kimi təqdim olunması ona təsir edir: "21 illik xidmət dövrüm var. Həmişə sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə, xəyanət etməmişəm. Onu qeyd edim ki, heç zaman Fadəyə Laçının "Qoca" ilə görüşməyinə icazə verməmişəm.Etibara hər zaman kinim olub. O, 1998-ci ildə "mololetka"da 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kimləsə qanunsuz görüşməsinə, qaçmasına necə şərait yaratdığımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları almışam. Sadəcə, məni mütəşşəkil dəstənin başçısı kimi təqdim etmələri yandırır.Komandır kimi həbs edə bilərdilər.Amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm"



Həbsdə olan polkovnik çıxışının sonunda baş verən hadisəyə görə prezident İlham Əliyevdən və komandirlərindən üzr istəyib və bağışlanmasını istəyib.



Proses aprelin 22-də davam edəcək.



Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

aia/az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə