Mobil versiya
Səməd Seyidov: Ermənilər tərəfindən nifrətin körüklənməsi AŞ PA-nın səylərinə ciddi zərbə vurur
Tarix: 08-04-2019 | Saat: 16:38
Bölmə:Siyasət | çapa göndər

Səməd Seyidov:


Ermənilər tərəfindən nifrətin körüklənməsi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) öz işini demokratik təşkilatın işi kimi təqdim etmək səylərinə ciddi zərbə vurur.

Trend-in məlumatına görə, bunu AŞ PA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, son zamanlar regionda çoxlu dəyişikliklər müşahidə olunur: “Amma bir şey dəyişmir – erməni həmkarlarımız tərəfindən nifrətin körüklənməsi. Bu, işimizi demokratik təşkilatın işi kimi təqdim etmək səylərimizə ciddi zərbə vurur”.

AŞ PA-nın işi barədə məruzədən danışan S.Seyidov qeyd edib ki, bu məruzə Azərbaycandakı müsbət dəyişiklikləri əks etdirmir:

“Assambleyanın işi barədə məruzələrin müzakirələri zamanı mən xatırlamıram ki, bizim region kimi regionlarda və Azərbaycanda bir sıra mənfi proseslərə toxunulmasın. İndi isə Azərbaycanda bir çox müsbət hallar baş verib və bunu məruzədə göstərmək lazımdır. Nümunələr gətirim: birincisi, Assambleyada tez-tez İlqar Məmmədov barədə danışırdıq. O, məhkum olunmuş bir şəxs idi və bu yaxınlarda Ali Məhkəmə ona qarşı irəli sürülən bütün ittiham və şübhələri aradan qaldırdı. Bu, Avropa İnsan Haqları Məhkəməsinin qərarına tam uyğundur. İkincisi, bir müddət əvvəl Azərbaycan Prezidenti əfv sərəncamı imzalayıb və bu gün burada danışılan bir çox məsələlər artıq mövcud deyil. Bu Assambleyada tez-tez adını eşitdiyimiz siyahıda olan 60-dan çox şəxs azad edilib. Və üçüncü nümunə: qısa müddət əvvəl Azərbaycan Prezidenti ölkənin məhkəmə sistemində vacib islahat planı ilə bağlı xüsusi fərman imzalayıb. Bu, Avropa Şurasının dəyərlərinə tam uyğundur. Bu nümunələrdən heç biri məruzədə əksini tapmayıb. Axı bu, çox vacib sənəddir”.

Qeyd edək ki, AŞ PA-nın yaz sessiyası aprelin 8-12-də Strasburqda keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə