Musa Quliyev: İlham Əliyev verdiyi sözə sadiq rəhbərdir
Tarix: 02-04-2019 | Saat: 12:00
Bölmə:Siyasət | çapa göndər
Dövlət başçısı İlham Əliyevin növbəti dəfə ölkə prezidenti seçilməsindən artıq bir il keçir. Bu müddət ərzində ölkə prezidentinin fəaliyyəti onu göstərdi ki, İlham Əliyev verdiyi sözə sadiq bir rəhbərdir.
Özü də dəfələrlə söyləyib ki, bizim siyasətimiz bizim işimizdir və bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı dayanır, bu xalqın maraqları durur.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, 2018-ci ilin aprelindən,11 aprel seçkilərindən keçən bu dövr ərzində dövlət başçısı qarşıya qoyduğu bütün vəzifələrin hamısının öhdəsindən gəlib.
“Seçkiqabağı dövrdə hansı məsələlər ki, prioritet istiqamət olaraq irəli sürülmüşdü, onlar hamısı mərhələ-mərhələ həyata keçirilir. Sosial islahatlar Azərbaycanda çox uğurla davam edir, bunlar inqilabi islahatlar adlandırıla bilər və belədir.
Dövlətin təhlükəsizliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın xarici siyasətdə milli maraqlarının üstünlük təşkil etməsi, daxili siyasətdə isə sosial rifah, sosial müdafiə və iqtisadiyyatın gücləndirilməsi əsas prioritet istiqamətlərdir və cənab prezident bunların hamısının öhdəsindən gəlib.
Eyni zamanda, cənab prezident bu yaxınlarda məhkəmə-hüquq sistemində, səhiyyə sahəsində, təhsil sektorunda islahatların başlanacağının anonsunu verib.
Bu sahələrdə də ciddi islahatlara ehtiyac var və bu islahatlar mütləq həyata keçiriləcək, öz müsbət töhfələrini mütləq verəcək”, - deyə M.Quliyev əlavə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024