Mobil versiya
Azərbaycanlı deputatlar Türkiyə seçkilərindəki bir məqama üzülüblər: “Çox təəssüf edirik”
Tarix: 01-04-2019 | Saat: 14:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanlı deputatlar Türkiyə seçkilərindəki bir məqama üzülüblər: “Çox təəssüf edirik”


Türkiyədəki bələdiyyə seçkiləri Azərbaycabnda da böyük maraqla izlənilir. İstanbul Bələdiyyəsi uğrunda seçkilərdə müxalifət partiyası - CHP-nin namizədi Əkrəm İmanoğlu qəlbə qazanıb. Bu barədə artıq Yüksək Seçim Kurulunun rəsmi açıqlamasında bildirilir.

Türkiyədə hakim partiya - AKP İstanbul bələdiyyəsi uğrunda mübarizəni faktiki olaraq uduzdu.

Modern.az saytı martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri barədə bir neçə deputatın fikirlərini öyrənib.


Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, əsas narahatlığı İğdırla bağlı idi:


“Türkiyədəki bələdiyyə seçkilərini izləyərkən narahatlığım İğdırla bağlı idi. Qalan məsələlərə əhəmiyyət vermirdim. Çünki seçkilər Türkiyə xalqının seçimidir. Qərar veribsə, deməli öz xeyrinə olanı verib. Bələdiyyə seçkiləri Türkiyə üçün çox önəmlidir. Daxili siyasətdə çox ciddi dəyişikliklər deməkdir. İndiki iqtidar partiyası uzun illərdən sonra ilk dəfə böyük şəhərlərdə məsələn, İzmirdə məğlub olması gözlənilən idi. Ankarada, İstanbulda məğlub olması isə yeni bir situasiya yaradır. Ancaq bu, Türkiyə dövlətinin ümumi kursunun dəyişməsinə əsas vermir. Çünki Türkiyədə əsas fiqur prezidentdir. Təbii ki, bunun Türkiyədəki iqtidar siyasətinə təsiri olacaq. Əsas İğdırdakı hadisə bizim üçün xoşagələn deyil. Çünki İğdır Türkiyə ilə qapımızdır. Onun HDP-nin əlinə keçməsi yaxşı hal deyil. Ancaq bu günə kimi də belə idi. Yəqin ki, bundan sonra da bir problem olmaz. Türkiyənin dövlət quruluşları, daxili qoşunları güclüdür. Ona görə də İğdırda hər hansı terror təbliğatının genişlənməsinə imkan verməyəcək. Ümid edirəm ki, seçki bütövlükdə Türkiyə cəmiyyətinin reallıqlarını üzə çıxartdı. Müəyyən dərəcədə xalq daxili siyasətdə dəyişiklik istədi və bunu etdi. Baxmayaraq ki, iqtdidar partiyası öndədir, gözlənildiyindən daha az səs aldı və xüsusilə böyük şəhər bələdiyyələrində itkilərə məruz qaldı. Ümid edirəm ki, bələdiyyə seçkiləri Türkiyə xalqı üçün xeyirli olacaq”.


Deputat Fəzail Ağamalı Türkiyədə keçirilən bələdiyyə seçkilərinə ciddi əhəmiyyət verdiyini bildirib:


“Seçkilər qardaş ölkənin idarəçilik sistemində, siyasi mühitində son dərəcə mühüm hadisədir. Kiçik epizodlar istisna olmaqla, seçkilər normal keçdi. Ciddi qarşıdurma olmadı. Seçkilər demokratik, ədalətli və şəffaf keçdi. Ptrezident Ərdoğan çıxışında bir daha türk millətinə təşəkkür etdi. Bu, həm də Cümhuriyyət İttifaqı - AKP ilə MHP-nin prezident seçkilərindən sonra qazanmış olduğu kiçik uğurdur. Bu, MHP-nin bir daha dövlətin və millətin taleyini hər şeydən üstün tutduğunu nümayiş etdirdi. Beləliklə, Cümhuriyyət İttifaqı daha üstün mövqe ilə bu seçkilərdən çıxdı.

Ana müxalifət kimi Cümhuriyyət Xalq Partiyası ikinci yerə çıxa bildi. Əlbəttə, Cümhuriyyət Xalq Partiyasına münasibətdə fərqli fikrim var. Onların mövqeyini dəstəkləmirəm. Onların partiyasında dəfələrlə ermənilərə xüsusi rəğbətin göstərilməsinin, eyni zamanda, PKK ilə bağlı fərqli fikirlərinin də şahidi olmuşuq. Bunlar mənim həmin partiyaya qarşı münasibətimdə özünün təsirini göstərir. Düşünürəm ki, AKP-nin qələbə qazanması onun haqqıdır. Həmçinin, Ankara və İzmir kimi yerlərdə Cümhuriyyət İttifaqının qələbə qazana bilməməsi təəssüf doğurur. İğdırda Azərbaycan kökənli İsa bəy qalib gəlmədi. Buna çox təəssüfləndim. Azərbaycan özünün dayağını itirdi”.


Deputat Məlahət İbrahimqızı deyib ki, Türkiyədəki bələdiyyə seçkilərini böyük coşquyla izləyib:


“Türkiyədə bələdiyyə seçkiləri hər zaman gərgin və yarışmalı keçir. Bu, seçkiöncəsi və hazırlıqlar zamanı özünü göstərir. Seçkilərdə çoxluğu AKP götürdü. Seçkidən öncə AKP ilə MHP ittifaq yaratmışdı. Lakin sonradan proses dəyişdi. Əsas təəssüfləndiyim məqam İğdırla bağlıdır. Azərbaycan kökənli namizəd seçilmədi. Bildiyiniz kimi, İsa bəy əslən Azərbaycandan idi. Sadəcə, təəssüf etdim. Buna baxmayaraq, bu seçkilərin Türkiyə xalqı üçün xeyirli olacağını düşünürəm və arzulayıram”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024