Azərbaycanın müxalifət partiyaları Türkiyədəki seçkiləri dəyərləndirdi
Tarix: 01-04-2019 | Saat: 14:50
Bölmə:Manşet / Siyasət | çapa göndər
Ötən gün Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Qonşu ölkədəki bütün seçkilər kimi, bələdiyyə seçkiləri də Azərbaycanda maraqla izlənilirdi. Görünən nəticə odur ki, əsas mübarizə iki partiya arasında, hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında gedirdi. Ümumi səs sayında AKP öndə olsa da, CHP 11 böyük şəhərdə qələbə qazandı.
Azərbaycanın müxalif partiyaları Türkiyədə keçirilən seçkiləri necə dəyərləndirir? Modern.az məsələ ilə bağlı bir neçə partiya sədri ilə danışıb.
Müsavat Partiyasının sədri Arif Hacılı deyib ki, ilkin nəticələrə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri Türkiyənin ən iri şəhərlərində şəhərlərində qalib gəlib:
“Ancaq hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) ümumi səslər hesabına Türkiyədə ən çox səs alan partiya olub. Əslində qüvvələr nisbəti əsaslı şəkildə dəyişməyib. Proseslərin sonrakı gedişi, bələdiyə başqanlarının öz fəaliyyətinə tam başlaması siyasi mənzərəni daha da aydınlaşacaq. Təbii ki, hər şey nisbidir və Türkiyədə keçirilən seçkilər regionla müqayisədə daha demokratik keçirilir. Ancaq seçkilərdə müəyyən saxtakarlıqlara yol verilməsi ilə bağlı məlumatlar da narahatlıq doğurur. Əvvəlki illərdə Türkiyədə seçkilər müqəddəs bir məsələ idi. Nə iqtidar, nə də müxalifətdə olan qüvvələr seçkilərin saxtalaşdırılmasına yol verirdi. Ümumiyyətlə bu istiqamətdə hansısa şikayətlər, müzakirələr açılmırdı. Ancaq hər halda bütün bu mübahisəli məsələlərə baxmayaraq, ana müxalifətin partiyasının iri şəhərlərdə üstünlük əldə edə bilməsi göstərir ki, müəyyən qədər də olsa, demokratik şərtlərə əməl olunub”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, Türkiyədəki seçkilər türk demokratiyasının qələbəsidir.
“Atatürkçülük ideyalarının, türk xalqının qələbəsidir. Ötən gün bütün dünya Türkiyədə seçkilərin hansı səviyyədə keçirilməsinin şahidi oldu. Həm seçkilərə qatılan seçicilərin seçkilərə yüksək səviyyədə marağı, seçkilərə qatılmaları, həm də seçkilərin obyektiv keçirilməsi və bunun bütün dünyaya nümayiş etdirilməsi Türkiyədə seçkilərin şəffaf keçirilməsini göstərdi. Türkiyədəki seçkilər bütün müsəlman dünyası üçün örnəkdir. Bundan başqa, əsas böyük şəhərlərdə Cümhuriyyət Xalq Pariyasının (CHP) qələbə qazanması Türkiyədə yeni bir dövrün başlanğıcı deməkdir. Baxamayaraq ki, Ərdoğan xarizmatik ölkə başçısıdır və onun son illərdə apardığı siyasətin, xüsusən terrorla mübarizənin böyük əhəmiyyəti var. Bununla yanaşı, Tükiyənin yaşadığı iqtisadi sıxıntılar yerli özünü idarə sistemlərinin dəyişilməsini istəyir, bütün bunlar gələcək hakimiyyət dəyişikliyinin siqnalıdır. Eyni zamanda bu seçkilər göstərdi ki, Türkiyədəki seçkilərə çox partiyaya ehtiyac yoxdu. Ola bilər ki, gələcəkdə iki partiya sisteminə keçilsin, digər partiyaların o qədər də gücü yoxdur. Hansı partiyanın, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, uğurlu bir seçki keçirildi. Məni üzən Qars və İğdırda Milliyətçi Hərəkət Partiyasının (MHP) məğlub olmasıdır. MHP nədənsə o bölgələrdə uğursuz namizədlər seçir və ya taktilalarında hansısa uğursuzluqlar olduğu üçün uduzur, bu, mənə çox ağır gəlir. Amma ümumilikdə seçkilər çox yaxşı keçdi, demokratik mühit müşahidə olundu. Mən Türkiyədə türk xalqının istəyini dəstəkləyirəm, millət kimi seçirsə ona hörmət edirəm”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, ümumilikdə seçkilərin faizində ciddi dəyişiklik olmadı, aşağı-yuxarı AKP 50 faizə yaxın üstünlük əldə etdi:
“Bu gün də elə bir fərq olmayıb. Dəyişən ayrı bir şey var, dəyişən odur ki, iri şəhərlər müxalifət partiyası olan CHP tərəfindən qazanılıb. Bu onun göstəricisidir ki, ideoloji xətt kimi seçdikləri din xətti və əhalinin indiyə qədər rəğbət göstərdiyi ideologiya parlaqlığını və müqəddəsliyini itirdi. Real məsələlərdən biri odur ki, HDP-nin namizəd olmadığı şəhərlərdə CHP qələbə qazanıb. Bu da onun göstəricisidir ki, daxildə yürüdülən siyasət azsaylı xalqların, etnik qrupların təminatçısına çevrilməyib. Suriya və digər məsələlərdə yanlış aparılan siyasi xətt ölkə vətəndaşlarını ciddi şəkildə düşünməyə məcbur etdi. Amma bu, demokratikləşmə üçün yeni vasitədir. İstanbul kimi böyük şəhərdə, Ankara kimi paytaxtda baş-başa rəqəmlər səslənirsə, namizədlər az qala bərabər səs toplaya bilirsə, bu, demokratiyaya çox yaxındır. Biz hər zaman Türkiyəni güclü görmək istəyirik, güclü Türkiyənin yanında olmaq istəyirik. Türkiyə xalqının seçiminə hörmətlə yanaşırıq”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Türkiyədəki seçkilərin əvvəlki illərdəkindən fərqlənmədiyini deyib:
“Seçkilər göstərir ki, Ədalər və İnkişaf Partiyasının (AKP) siyasətində müəyyən durğunluq var. Son seçkilərdə əldə edilən nəticə demək olar ki, bir-birindən fərqlənməyib, yəni AKP nə geri gedib, nə də önə. Bu da Türkiyənin stabilliyinin əsas göstəricisidir. İkinci bir məsələ göstərdi ki, Türkiyədə oturuşmuş, demokratik cəmiyyət var, proseslər beynəlxalq hüquqa uyğun davam edir. Əsas məsələ budur ki, türk xalqının iradəsi seçkilərə yansımışdı, çox az etibarsız səs qeydə alındı. Bu da çox sevindicidir ki, Türkiyə digər Türk dövlətlərində və İslam dünyasında prinsipial irəliləyən bir ölkədir. Türkiyə bununla bir çox ölkəyə nümunədir. Seçilər bir daha göstər ki, demokratiyanın xristian mədəniyyəti olduğunu düşünənlər ciddi şəkildə yanılırlar, demokratiya dini bir mədəniyyət yox, bütünlükdə insanlıq məhsuludur. Türkiyədə sübut olundu ki, din, dil, irq ayrı-seçkiliyi olmadan demokratik cəmiyyət qurula bilər. Dünyanın təhlükəsizliyi, əmin-amanlığı məhz demokratiyanın yayılmasındanibarət olmalıdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024