“O insanlar hakimiyyət səlahiyyətlərindən məhrum olunmalıdır” - Qüdrət Həsənquliyev
Tarix: 01-04-2019 | Saat: 11:06
Bölmə:Manşet / Siyasət | çapa göndər
"Azərbaycan prezidenti bəyan etdi ki, ölkədə iqtisadi, sosial və məhkəmə islahatları, o cümlədən siyasi islahatlar aparılacaq. Bir neçə gün əvvəl birinci vitse-prezident Mehriban xanım Əliyeva da səfirlərin həyat yoldaşları ilə görüşdə söylədi ki, Azərbaycanda sosial- iqtisadi islahatlar aparılır və bu islahatlar genişləndiriləcək. Bu da onu göstərir ki, artıq ölkənin siyasi rəhbərliyində islahatlarla bağlı tam fikir formalaşıb, qəbul olunmuş ciddi qərarlar var”.
aia.az xəbər verir ki, bunu "Yeni Müsavat”a müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, səmimi olaraq dəyişik istəyən qüvvələr bu islahatları dəstəkləməlidirlər və çalışmalıdılar ki, daha çox insan islahatları dəstəkləsin: "Bu islahatlara daxildən də müqavimət göstərən qüvvələr var. Bu qüvvələr daha mühafizəkar, hər şeyin əvvəlki kimi qorunub-saxlanmasını istəyənlərdir”.
Millət vəkilinin fikrincə, strateji əhəmiyyət daşıyan postlarda olan və bu islahatlara dəstək verməyən insanlar vəzifələrindən kənarlaşdırılmalıdırlar: "Mən bilirəm ki, onları dəyişdirmək də çətindir. Həmin adamlara portfelsiz seromonial vəzifələr də verilə bilər. Amma o insanlar real hakimiyyət səlahiyyətlərindən məhrum olunmalıdır. Radikal müxalifətin bir qismi xaricdən idarə olunur və onlar hazırda canlandırılıblar. Bəzi xarici güclər hökumətə təzyiq edib ondan nəsə qoparmaq istəyir, bəziləri də təzyiq yolu ilə hökuməti islahatlardan çəkindirmək istəyir. Onlar çox istəyirlər ki, Azərbaycan Türkmənistan kimi yarı quldar, yarı feodal dövlət olsun və yalnız təbii sərvətlərin satılması hesabına yaşasın. Yəni bu dövlətin həm beynəlxalq imici zədəli olsun və həm də ölkənin iqtisadiyyatı inkişaf edə bilməsin. İqtisadiyyatı güclü olmayan ölkə də müharibəyə başlaya, torpaqlarını azad edə bilməz. Azərbaycanı bu cür görmək istəyən yaxın və uzaq dövlətlər var, onlar islahatlara bütün gücləri ilə mane olmağa çalışacaqlar. Mən verdiyim müsahibələrdən birində demişdim ki, islahatlar dərinləşdikcə, təxribatların miqyası genişlənəcək”.
Q. Həsənquliyevin sözlərinə görə, indi iqtidara nifrət o qədər körüklənib və müəyyən mənada cəmiyyəti o qədər parçalayıblar ki, bəzi insanları sağlam düşüncə yox, emosiya idarə edir: "Bir qrup insan idarəetmənin sivil yolla dəyişməsini istəyən qüvvələri o qədər də yaxşı qarşılamır. Bu vəziyyət məni narahat etsə də hesab edirəm ki, mən özümü mövcud vəziyyətə uyğunlaşdırmalı deyiləm. Mövcud durumun dəyişməsi istiqamətində çalışmalıyam ki, ictimai rəy qisasçıları, nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyənləri yox, idarəetmənin dəyişməsini istəyən insanları dəstəkləsin. Yoxsa 5-3 dənə tərbiyəsiz, nifrət və qisas hissi ilə alışıb-yanan, yaxud istifadə olunan insanlar, yaxud iqtidardakı keçmişin tör-töküntüləri məni söyəcək, yaxud söydürəcək, təhqir və təxribatlar edəcək, mən bundan qorxum, çəkinim, mövqeyimi dəyişim ki, onlara xoş gəlim, bu yol tutulmamalıdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024