Mobil versiya
“Şəhid ailələri bizlər üçün əmanətdir” - Millət vəkili
Tarix: 30-03-2019 | Saat: 11:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Şəhid ailələri bizlər üçün əmanətdir” - Millət vəkili


İctimaiyyət nümayəndələri məhkəminin qərarını və iş adamı qınayıblar.

aia.az xəbər verir ki, millət vəkili Adil Əliyev Sfera.az-a açıqlamasında məsələnin mahiyyətindən təfərrüatlı xəbərdar olmadığını bildirsə də İsfəndiyar Axundovun şəhid ailəsinə qarşı iddia qaldırmasını doğru saymayıb:

"İstənilən halda şəhid ailələri bizlər üçün bir əmanətdir. Hər bir Azərbaycan vətəndaşı şəhid ailəsinə hörmətlə yanaşmağa borcludur və şəhid ailəsinin problemini öz problemi bilib, həllinə çalışmalıdır. Ona görə də üzülərək söyləyirəm ki, bu bizə yaraşmayan haldır. Heç bir Azərbaycan vətəndaşı şəhid ailəsinin əlindən nəyisə ala bilməz. Əksinə, şəhid ailəsinə kömək etməlidir”.

Adil Əliyev şəhid ailəsinin mənzil probleminin ən üst səviyyədə həll olunmasının sevindirici və nümunəvi addım olduğunu qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024