Mobil versiya
Səfər Mehdiyev: Azərbaycan gömrüyü bütünlüklə e-ticarətə keçəcək
Tarix: 29-03-2019 | Saat: 17:41
Bölmə:Gündəm | çapa göndər

Səfər Mehdiyev: Azərbaycan gömrüyü bütünlüklə e-ticarətə keçəcək


Azərbaycanın gömrük sahəsində əldə olunan böyük uğurlar ölkədə reallaşdırılmış islahatların nəticəsidir.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən “İqtisadi islahatlar: sahibkarlığın inkişafı və şaxələndirilməsi” beynəlxalq konfransında deyib.

Komitə sədrinin sözlərinə görə, son 15 il ərzində Azərbaycanda keçirilmiş islahatlar nəticəsində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox investisiya qoyulub ki, bunlardan 110 milyard dollardan çoxu xarici investisiyaların payına düşür.

S.Mehdiyev daha sonra bildirib ki, ixrac və idxal əməliyyatlarının sadələşdirilməsi məqsədi ilə gömrük komitəsində son zamanlarda vacib tədbirlər görülür:

“Elektron ticarət”ə tam keçid üçün iş aparılır. Bu gün Azərbaycanda gömrük komitəsinin göstərdiyi xidmətlər dünyanın öncül ölkələrinin gömrük komitələrinin göstərdiyi xidmətlərə uyğundur”.

Komitə sədri vurğulayıb ki, son üç il ərzində gömrük komitəsi yalnız nağdsız hesablaşmalarla əməliyyatlar aparır.

O əlavə edib ki, “Yaşıl dəhliz” sisteminin tətbiqi ölkədə reallaşdırılmış uğurlu islahatların nəticəsidir:

“Bu sistem sayəsində sahibkarlar insan amilinin təsiri olmadan gömrük əməliyyatlarını keçirə bilər. Bütün bu tədbirlər məmurlarla vətəndaşlar arasında ünsiyyəti minimuma endirir”.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5302 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2020
30-06-2020