Mobil versiya
Yatmazdan əvvəl bunları mütləq edin - TÖVSİYƏ
Tarix: 10-01-2016 | Saat: 22:18
Bölmə:Qərbi Azərbaycan / Aia TV / Karusel | çapa göndər


Gününüz nə qədər yorucu keçirsə-keçsin yatağa makiyajsız girin. Bu, sizin dərinizin nəfəs alması üçün vacibdir. Makiyajlı üzlə yatdığınız zaman civzə, qara nöqtələr və digər dəri problemləri riskini artırmış olursunuz. Aile.lent.az yatmazdan əvvəl edilməsi lazım olan digər məsələləri də nəzərinizə çatdırır.

Duş qəbul edin, dəriniz və dodaqlarınızı nəmləndirin

Yatmazdan əvvəl duş qəbul etmək stresi azaldır, yaxşı və rahat yuxu təmin edir. Müxtəlif ətirli sabunlardan istifadə edin, süd için və özünüzə vaxt ayırın. Üstəlik dərinizi nəmləndirməyi də unutmayın. Səhərlər dərinizin parıldamasını istəyirsinizsə, yatmazdan əvvəl dərinizi nəmləndirin. Düş qəbul etdikdən sonra nəmli üzünüzə krem çəkərək, dərinizin daha uzun müddət nəmli qalmasını təmin edə bilərsiniz.

Dodaqlarınıza da biganə qalmayın. Quru və çatlaq dodaqlar gözəlliyinizə kölgə sala bilər. Yatmazdan əvvəl dodaqlarınıza nəmləndirici sürtün və çalışın ki, səhərədək qalsın.

Saçlarınızı yığın, dişlərinizi sürtün

Səhərləri qarışıq və səliqəsiz saçlarla oyanmamaq üçün gecə yatmazdan əvvəl saçlarınızı yığın. Saçlarınızın tökülməməsi üçün isə çox sıx yığmayın.

Dişlər simanın ən birinci göstəricisidir. Gün boyu gülüşünüzün al-əlvan olması üçün gecə yatmazdan əvvəl dişlərinizi sürtün. Bu həm dişlərinizin ağarmasına, həm də çürüklərdən qorunmasına kömək edir.

Yuxunuz şirin olsun

Bu gözəllik məsləhətlərindən yararlanmaq istəyirsinizsə, yaxşı yatmağınız da vacibdir. Gündə 8 saat yataraq parlaq dəriyə sahib ola bilərsiniz. Yaxşı yatmaq həm də həzm sisteminizin yaxşı işləməsinə kömək edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-12-2024