YAP-çı deputat: “Əli Nağıyev, mükafatın əvəzi budurmu?” - ETİRAZ
Tarix: 29-03-2019 | Saat: 12:51
Bölmə:Siyasət | çapa göndər
“Əli İnsanovun əfv olunaraq azadlığa çıxdıqdan sonra etdiyi hərəkətlər və verdiyi bəyanatlar bir daha sübut edir ki, o, hələ də islah olunmayıb".
Bunu Modern.az-a açıqlamasında YAP-çı deputat Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti əfv sərəncamı ilə hətta zamanında cinayət əməli törətmiş şəxsi əfv etməklə hər bir azərbaycanlının prezident olduğunu nümayiş etdirdi.
“Yəni ölkə başçısı bu humanist addımları ilə cinayət etmiş şəxslərə belə islah olunmaq şansını verir. O, hər bir azərbaycanlını azad, firəvan həyat şəraitində yaşamasını istəyir. Azəbaycan prezidetinin son əfv sərəncamı ilə azadlığa çıxanlar sırasında bir zamanlar Heydər Əliyevin hakimiyyəti dövründə etimad göstərilərək ölkənin mühüm postlarından birinə təyinat alan, sonradan isə bu yola xəyanət edib, cinayət əməli törətmiş Əli İnsanov da var idi. Cəmiyyət Əli İnsanovdan bu ahıl yaşında səhvlərini etiraf edəcək və ölkə başçısının bu humanist addımlarına görə ona minnətdarlıq bildirəcəyini gözləyirdi. Təəssüflər olsun ki, cəmiyyət bunun əksinin şahidi oldu. Əli İnsanovun azadlığa çıxar-çıxmaz iddialı siyasi bəyanatlarla çıxış etməsinin şahidi olduq. O, bu müddət ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna, tərəqqiyə görə ölkə başçısına minnətdarlıq etmək əvəzinə, ölkədə böyük zəhmətlər bahasına yaradılan sabitliyin pozulmasına yönəlik bəyanatlar səsləndirdi. Bu hərəkətləri sübut etdi ki, Əli İnsanov hələ də islah olunmayıb”- A. Hüseynov bildirib.
Bununla belə deputat hesab edir ki, Əli İnsanov islah olunmaq üçün hələ də şanslarını itirməyib:
“Onun səhvlərini etiraf edib, islah olunması üçün gec deyil. Nə qədər gec deyil Əli İnsanov tutduğu səhv yoldan geri dönüb islah oluna bilər”.
Deputat eyni zamanda, bir zamanlar YAP sədrinin müavini olmuş, sabiq əmək və əhalinin sosial müdafiə naziri, Azərbaycanın Belarusdakı eks-səfiri Əli Nağıyevin də son günlərdə Əli İnsanovu dəstəklməsi və YAP, ölkə başçısı ətrafında olan insanlar haqqında təhqiramiz ifadələr işlətməsindən təəssüfləndiyini dilə gətirib:
“Bu gün kimsə Əli Nağıyevin YAP təşkilatlanmasındakı rolunu danmır. Elə ulu öndər Heydər Əliyev də onun bu əməyinə dəyər verib, etimad göstərərək yüksək vəzifələrə təyin etdi. Hətta Əli Nağıyev özü dəfələrlə bəyan edib ki, məni bu yüksək məqamlara çatdıran məhz Heydər Əliyev oldu. Amma indi Əli Nağıyev tamamilə fərqli mövqe sərgiləyir. Mükafatın əvəzi budurmu? Göstərilən etimadın müqabilində YAP üzvləri haqqında xoşagəlməyən ifadələr işlədəsən?! Bu onu deməyə əsas verir ki, Əli Nağıyev YAP-kı fəaliyyyətindəki məqsəd heç də partiyanın ali məramına xidmət etmək yox, öz şəxsi maraqlarını təmin etmək olub”.
Ə.Nağıyevin YAP və hakim komanda üzvlərinə qarşı işlətdiyi təhqiramiz ifadələrə görə məsuliyyətə cəlb olunması məsələsinə gəldikdə A. Hüseynov bildirib ki, bu gün YAP cəmiyyətdə böyük nufuza malik siyasi təşkilatdır və burada cəmiyyətin bütün təbəqləri təmsil olunub.
“Elə onların qınağı Əli Nağıyev üçün yetərlidir. Bu məsələ ancaq İdarə Heyətinin səlahiyyətində olan məsələdir. 700 min YAP üzvü haqqında səsləndirdiyi fikir sadəcə partiyada qəzəb hissi doğurur və bu hərəkətinə görə onu qınayırıq”- A.Hüseynov bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024