Mobil versiya
“Əli Kərimli ilə Sevinc Osmanqızının qibləsi Qərbdir” - Siyavuş Novruzov
Tarix: 29-03-2019 | Saat: 12:34
Bölmə:Siyasət | çapa göndər

“Əli Kərimli ilə Sevinc Osmanqızının qibləsi Qərbdir” - Siyavuş Novruzov


“Azərbaycanda sığorta işinin geniş tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir. Vətəndaşlar əmlaklarını sığorta etməlidir”

Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.
Komitə sədri xatırladıb ki, bir neçə gün öncə ticarət mərkəzlərindən birinin yanması nəticəsində sahibkarlara ciddi ziyan dəyib.

“Dövlət onlara dəyən ziyanı öz üzərinə götürdü. Bu, prezidentin humanist addımı idi. Bu məsələdən sui-istifadə edənlər var. Məsələ adı altında mitinq çağırırlar. Qibləsini tanımayan Əli Kərimli ilə Sevinc Osmanqızı səhv məlumat yayaraq vətəndaşları çaşdırır. Onların qibləsi Qərbdir”.

S.Novruzov qeyd edib ki, Naxçıvanda sığorta olunmayan ev və əmlak qalmayıb.

YAP rəsmisi çıxışında müxalif qüvvələri tənqid edib. Deyib ki, həmin qüvvələr ölkədə həyata keçirilən islahatları öz adlarına çıxırlar: “Müxalif qüvvələri deyir ki, təşkil etdiyimiz mitinqə gəlin, uşaqpulu bərpa ediləcək. Bir neçə dəfə deyilib ki, bununla bağlı iş aparılır. Azərbaycan dövləti, Prezidenti xalqın yanındadır. Deyirlər ki, niyə Prezident yanğın baş verən ərazidə görüş keçirməyib. Bu məsələ ilə bağlı aidiyyatı qurumlar məşğul olur”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024