Çin yuanına investisiya Azərbaycana faydalıdırmı?
Tarix: 04-07-2015 | Saat: 14:09
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
“Çin iqtisadiyyatında və maliyyə bazarında bir sıra göstəricilər aşağıdır”.
Dövlət Neft Fondu 2015-ci ilin iyulun 1-dən etibarən Çin yuanında ilk investisiyalara başlayıb. Fond bildirir ki, bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb.
Yerli ekspertlər isə düşünür ki, investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində Çin yuanına investisiya fondun valyuta səbətində böyük həcmə malik olan avronun çox güman ki, azalmasına gətirib çıxaracaq.
İqtisadçı-ekspert Pərviz Heydərov isə Oxu.Az-a bildirib ki, Azərbaycan kimi ölkələrin öz sərbəst vəsaitləri baxımından, yəni, bunların idarə edilməsi və yerləşdirilməsi istiqamətində düşünülmüş və dəqiq siyasət yürütməlidirlər:
“Məlumdur ki, hazırda qlobal maliyyə bazarında qeyri-müəyyənlikdir. Artıq, bir neçə ildir ki, bu vəziyyət davam edir. Bu fonda Azərbaycan kimi ölkələrin öz sərbəst vəsaitləri baxımından, yəni, bunların idarə edilməsi və yerləşdirilməsi istiqamətində düşünülmüş və dəqiq siyasət yürütmələri vacibdir.
Bu mənada, qlobal iqtisadiyyatda “söz sahibi” olan ölkələrin valyutalarının real kurs səviyyəsi və onların maliyyə bazarlarındakı vəziyyət daima diqqət mərkəzində saxlanmalıdır”.
P.Heydərov qeyd edir ki, hazırda Çin iqtisadiyyatında qeyri-müəyyənlik olsa belə, SOFAZ-ın vəsaitləri kifayət qədər dərin diversifikasiya edildiyindən mənfi təsir az olacaq:
“Çin və onun valyutası, ümumiyyətlə maliyyə bazarı dünya iqtisadiyyatının barometrini müəyyən edən vasitələrdən biridir. Düzdür, hazırda Çində qeyd olunan sahələrdə vəziyyət o qədər də qənaətbəxş deyil. Belə ki, Çin iqtisadiyyatında və maliyyə bazarında bir sıra göstəricilər aşağıdır.
Lakin, SOFAZ-ın vəsaitləri kifayət qədər dərin diversifikasiya edildiyindən bunun nəyinki mənfi təsiri olmayacaq, əksinə, strateji nöqteyi-nəzərdən faydası olacaq. Fondun vəsaitləri təkcə Çin kimi nəhəng ölkələrin valyutalarına “stavka” edilmir... İqtisadi aktiv ölkələrin hamısına bu mənada ciddi diqqət yetirilir və vəsaitlər onların aktivlərində yerləşdirilir. Hesab edirəm ki, hazırki şəraitdə Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi Neft Fondunun pullarının səmərəli yerləşdirilməsi və dividentliyinin artırılması baxımından olduqca əhəmiyyətli addımdır” - deyə, iqtisadçı əlavə edib.
Onu da əlavə edək ki, fondun rezervlərinin digər valyutalarda (dollar, avro və ya funtdan başqa) həcmini artırmaq hələ 2013-cü ildə qərara alınıb.
Bir müddət əvvəl isə fondun icraçı direktoru Şahmar Mövsümov Financial Times-a müsahibəsində bildirmişdi ki, Azərbaycan Çin yuanına 1,8 milyarda yaxın investisiya qoymaq niyyətindədir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-12-2024
13-12-2024