Mobil versiya
İsveçrəli rəssamın çılpaq etirazı – FOTO+VİDEO
Tarix: 10-01-2016 | Saat: 10:21
Bölmə:Media / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər



Asayiş keşikçiləri yoldan keçənlərdən qızdan bir qədər uzaq durmalarını xahiş ediblər.

Qalmaqallı isveçrəli rəssam Milo Muare Kelndə yanvarın 1-nə keçən gecə Afrika və Yaxın Şərqdən olan mühacirlərin törətdikləri əməllərə qarşı “çılpaq etiraz aksiyası” keçiribThe Telegraph yazır.

Aia.az xəbər verir ki, yanvarın 8-də qız Kelndə yeni il gecəsində mühacirlərin şəhər sakinlərinə kütləvi hücum etdikləri mərkəzi dəmiryol vağzalının qarşısındakı meydana tamamən çılpaq çıxıb.

Milo Muare öz xarici görünüşü və “Bizə hörmət edin! Biz, hətta çılpaq olasq belə müdafiəsiz qurban deyilik” yazılmış plakat ilə yoldan keçənlərin diqqətini çəkmək istəyib.
Polis rəssama aksiyanı keçirməkdə mane olmayıb. Asayiş keşikçiləri yoldan keçənlərdən qızdan bir qədər uzaq durmalarını xahiş ediblər.

Milo Muare insanların kütləvi toplaşdığı məkanda ilk dəfə deyil ki, belə aksiya keçirir. 2015-ci ilin fevral ayında rəssam Almaniyanın Münster şəhərində tamamilə çılpaq və əlində gəlinciklə muzeyə gedib. Bundan başqa Muare ayaqları arasında toyuq yumurtası tutmaq performansı ilə də yadda qalıb.


[media=https://youtu.be/KDkXdrV7i0s]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024