Mobil versiya
Oqtay Əsədov: “2018-ci il ölkəmiz üçün əlamətdar il olub”
Tarix: 15-03-2019 | Saat: 12:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

Oqtay Əsədov: “2018-ci il ölkəmiz üçün əlamətdar il olub”




“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar hökumətin hesabatında öz əksini tapıb. Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Ölkə başçısının söylədiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olub”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir: “Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub”.

O.Əsədov qeyd edib ki, ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024