Hacı Qalib Salahzadə - xeyirxah əməlləri xalqa xidmət edən insan
Tarix: 13-03-2019 | Saat: 17:38
Bölmə:Manşet / Gündəm / Seçilənlər-3 | çapa göndər
Son vaxtlar adı mətbuat səhifələrində tez-tez xatırlanan insanlardan biri də Milli Məclisin 4-cü çağırış deputatı olmuş Hacı Qalib Salahzadədir. Çox təəssüflər olsun ki, mətbuatda Hacı Qalib haqqında səsləndirilən bu fikirlər heç də həmişə obyektiv olmur, həqiqəti əks etdirmir. Əlbəttə, heç bir insan eyni zamanda hamının gözündə yaxşı ola bilməz. Həmçinin qüsursuz insan da ola bilməz. Amma yaxşı olardı ki, başqalarını nədəsə ittiham edənlər ilk növbədə özlərini həmin şəxslə və öz əməllərini də hədəf seçdikləri insanın əməlləri ilə müqayisə etsinlər. Əgər sənin xeyirxah əməllərin qarşındakı insanın əməllərini üstələyirsə, bu zaman onun haqqında müəyyən fikir söyləyə bilərsən. Amma yenə də dürüstlüyə, düzgünlüyə riayət etmək şərtilə.
Hacı Qalib Salahzadə ümumiyyətlə öz əməllərini, xüsusən də xeyriyyəçilik fəaliyyətini açıb-ağartmağı, reklam etməyi qətiyyən sevmir. Deyir ki, sağ əlin verdiyini sol əl biləndə, artıq sənin savabın azalır. Qaldı ki, bunu el-aləmə car çəkəsən. Birtərəfdən sənin savabın düşəcək, digər tərəfdən də əl tutduğun insanın abrı gedəcək. Yalnız Hacı Qalibi yaxından tanıyanlar, nə vaxtsa hər hansı bir problemin həllində dəstək almaq üçün ona müraciət edənlər Hacının necə böyük bir ürəyə sahib, səxavətli və dərdə acıyan bir insan olduğunu yaxşı bilirlər. Hacı Qalib sözün əsil mənasında bir el ağsaqqalı, kasıbın, imkansızın-kimsəsizin arxası, dayağıdır. Bunu Bakının Bilgəh kəndində uşaqdan tutmuş böyüyə kimi, hamı bilir. Hacı Qalib Salahzadəşərəfli bir həyat yolu ilə irəliləməkdədir. Bütün varlığı ilə xalqa, dövlətimizə və dövlətçiliyimizə bağlı olan Hacı Qalib əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, Milli Məclisin deputatı olduğu illərdə öz seçicilərinin problemlərinin həlli üçün daim çalışmış, bu istiqamətdə bir faydalı əməli işlər görmüşdür. Öz əməlləri ilə insanların rəğbət və ehtiramını qazanmış, cəmiyyətdə nüfuz və etimad sahibi ola bilmişdir. Bu gün də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən Hacı Qabil Salahzadə ölkə həyatında baş verən proseslərə əsl vətəndaş mövqeyindən yanaşan bir insan kimi, bir çoxlarına örnək ola bilər.
Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: “Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir...” Bu gün mən də qəlbən sevinirəm ki, insanlara daim yaxşılıq edən bir şəxs barəsində azacıq da olsa müəyyən fikir söyləmək imkanına malik olmuşam. O şəxsin barəsində ki, onun amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etmək, dara düşən, çətinliyə düçar olan insanların dadına çatmaq, heç kəsi naümid geri qaytarmamaqdır. Hacı Qalib Salahzadə həqiqətən də sözü, fikri və əməli xeyirlə yoğrulmuş bir insandır.
Əminəm ki, şərəfli və ləyaqətli ömrünün müdrik dövrünü yaşayan Hacı Qalib bundan sonra da öz köməyini heç bir ehtiyacı olan insandan əsirgəməyəcək, həyatının qalan hissəsini də xalqa, dövlətə sədaqtlə xidmətə həsr edəcəkdir.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
31-10-2024