Mobil versiya
Akif Çovdarovun "haqq" qoymaq istədiyi daha bir iş adamı üzə çıxdı
Tarix: 08-01-2016 | Saat: 21:11
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Akif Çovdarovun "haqq" qoymaq istədiyi daha bir iş adamı üzə çıxdı
Keçmiş MTN generalının Təhsil nazirliyində adamları olub?
2014 cü ildə Təhsil Nazirliyi ilə “Birgə Fəaliyyət haqqında” müqaviləyə əsasən fəaliyyət göstərən “Ömər Xəyyam Dərsxanasi” Hazırlıq və Abituriyent kursları Təhsil nazirinin müavini Ceyhun Bayramovun müdaxiləsi ilə fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub.

Bu barədə Avropa.info-ya “Ömər Xəyyam Dərsxanasi” Hazırlıq və Abituriyent kurslarının təsisçisi və rəhbəri Azər Paşayev məlumat verib.

O qeyd edib ki, hazırda məhz Təhsil Nazirinin müavini Ceyhun Bayramoa görə, təhsil sahəsindəki sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olub:

“Təhsil naziri Mikayıl Cabbarovun öz müavinin qanunsuz fəaliyyətlərindən xəbəri yoxdur. Nazir bilmir ki, müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin sahibkarlarla bağlı tövsiyyələrinə, göstərişlərinə qarşı çıxır. Ceyhun Bayramov fəaliyyəti dövlət başçısına qarşı, milli təhsil sisteminə qarşı sabotajdır, təxribatdır. Bu yüksəkçinli məmur milli təhsilin inkişafına, yüksək savadlı abituriyentlərin hazırlanmasına şərait yartmaq əvəzinə vəzifə səlahiyyətlərindən istifadə edib, qarşısını alır”.

Azər Paşayevin sözlərinə görə, “Ömər Xəyyam Dərsxanasi” Hazırlıq və Abituriyent kurslarının təsisçisi və rəhbəri bir neçə məktəblə, həmin məktəblərin binasından istifadə etmək məqsədilə icarə müqaviləsi baglayaraq abituriyent hazırlğı kursları açıb:

“2014-cü il noyabr ayının 20-də isə onu Milli Təhlükəsizlik Nazirliyi Yasamal Rayon İdarəsinə dəvət edirlər. Müxtəlif bəhanələr gətirərək fəaliyyətinin davam etdirilməsi üçün “salam verib, hal-əhval tutmaq” tövsiyə olunur. Lakin, bundan birmənalı şəkildə imtina etdim. 2015-ci ilin avqust ayında isə özünü MTN əməkdaşı kimi təqdim edən bir şəxs özünü general Akif Çovdarovun adamı kimi təqdim edərək bilirdi ki, “ağsaqqal (Akif Çovdarov-red.) deyir ki, o Azərə de necə yerlidir ki, mənə haqq vermir? Ağlını başına toplasın, yoxsa qolunu-qanadını kəsərik, ac-yalavac qalar. Gəlsin, salam versin.”"

2015-ci ilin dekabr ayının 1-də məktəblərdən Azər Paşayevə Bakı Şəhər Baş Təhsil İdarəsindən müqaviləyə xitam verilməsi və fəaliyyətinin dayandırılması haqqda göstəriş verildiyi bildirilir. Məsələyə aydınlıq gətirmək məqsədilə Azər Paşayev BŞBTİ-ə gedərək İdarənin Təminat və Təchizat sektorunun müdiri Şahin İsgəndərovla görüşüb. Yerindəcə dəstəyi qaldırıb məsləyə aydınlıq gətirmək üçün kiməsə zəng edən Şahin müəllim dəstəyi asdıqdan sonra göstərişin Mikayıl Cabbarov tərəfindən verildiyini və bunun bütün məktəblərdə fəaliyyət göstərən hazırlıq kurslarına şamil edildiyini soyləyib. Bundan sonra verilmiş göstərişin həqiqətən də bütün hazırlıq kurslarına şamil edilib edilmədiyini araşdıran kursun rəhbəri bunun tam əksi ilə rastlaşıb və fəaliyyətin dayandırılması haqqında göstərişin yalnız “Ömər Xəyyam Dərsanəsinə” şamil olunduğunu dəqiqləşdirib. Yenidən məsələyə aydınlıq gətirmək məqsədilə BŞBTİ-nə gedən Azər Paşayev Şahin İsgəndərovla görüşə bilməyib. Bundan sonra bağlanmış müqaviləyə müəammalı şəkildə heç bir səbəb gətirmədən xitam verilməsinə aydınlıq gətirmək mümkün olmayıb. Daha sonra isə məsələdən Təhsil naziri Mikayıl Cabbarovun xəbəri olmadığı, bunun general Akif Çovdarovun sifarişinin icra edildiyi üzə çıxıb.

"Məsələnin cənab Mikayıl Cabbarova çatdırılmasının qarşısı isə ciddi cəhdlərlə alınmaqdadır. Nəticədə “Ömər Xəyyam Dərsanəsində” çalışanlar işsiz qalmış və dövlət büdcəsinə ödəmələr dayanmış sahibkara ciddi maliyyə zərəri vurulub."

2015 ci yeni dərs ilindən müqavilə bağlayaraq fəaliyyətə başlayan “Ömər Xəyyam Dərsanəsi”nin rəhbəri Azər Paşayev dekabr ayının 28-də yenidən heç bir əsas gətirilmədən bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi haqqında məlumat alır.

BŞBTİ-ə üz tutan Azər Paşayev rəhbər şəxslərlə görüşsə də məsələnin onların səlahiyyəti çərçivəsində olmadığını əsas gətirərək heç bir köməklik göstərə bilməyəcəklərini söyləyiblər. Müqaviləyə xitam verilməsi üçün heç bir arqument gətirə bilmədiklərini, “Birgə Fəaliyyət” Haqqında müqavilənin nə üçün tərtib olunduğunu və kimələrə şamil olunub kimlərə olunmadığını izah edə bilmədiklərini söyləyən Azər Paşayev nazir müavini Ceyhun Bayramovun bağlanmış müqaviləyə əhəmiyyət vermədiyini və bunun yenə də nazirin göstərişi olduğunu bildirib.

Azər Paşayev həmçinin bildirib ki, Prezident cənab İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə və Baş Prokuror Zakir Qaralova məsələ ilə bağlı rəsmi müraciət hazırlayır.

Araşdırmamız zamanı məlum olub ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin eks-rəisi, hazırda ağır cinayətlərdə ittiham olunaraq həbs edilən general-mayor Akif Çovdarovun kürəkəni, vəzifəsindən kənarlaşdırımış polkovnik-leytenant Rəşad Əmircanov MTN Əks-kəşfiyyat Baş İdarəsi Təhslidə Nəzarət Şöbəsinin rəsi vəzifəsini icra edib, Təhsil Nazirliyi və Ali Təhsil müəssisələri də məhz onun kurasiyasında olub.

Məsələylə əlaqədar yazıda adları çəkilmiş şəxslərin və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə