Deputatların maaşı 2 dəfə qaldırılıb?
Tarix: 06-03-2019 | Saat: 17:17
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün bir sıra media orqanlarında yeni ildən millət vəkillərinin maaşlarının artırıldığına dair xəbərlər yayılıb.
Məlumatda bildirilir ki, deputatların maaşı 2 dəfə qaldırılıb.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a açıqlamasında deyilənləri təkzib edib.
O bildirib ki, gələcəkdə deputatların maaşında artım ola bilər, amma hazırda heç bir artım yoxdur.
H.Rəcəbli deputatların maaşlarında artımın olma ehtimalını belə əsaslandırıb ki, bir çox sahələrdə əməkhaqqı artımları baş veribsə, parlamentdə də ola bilər.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.
Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, Milli Məclisin sədri 2475 manat sədrin I müavini 2227 manat Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980, komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat maaş alır.
Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024