Mobil versiya
XİN sözçüsü: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir"
Tarix: 25-02-2019 | Saat: 16:56
Bölmə:Siyasət | çapa göndər

XİN sözçüsü: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir"


"Azərbaycan münaqişənin nəticələrini aradan qaldıracaq bütün məqsədyönümlü görüşlərin keçirilməsinə tərəfdardır".

ONA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O, növbəti belə bir görüşün gündəmdə olduğunu bildirib.

"Həmsədrlərlə də bu müzakirə olundu. Görüşün tarixi və yeri dəqiqləşdikdə məlumat veriləcək", - deyə XİN sözçüsü qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ən yüksək səviyyədə görüşə gəlincə, o, bu barədə konkret məlumat olmadığını deyib: "Belə bir razılıq olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024