Mobil versiya
“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI
Tarix: 19-02-2019 | Saat: 15:01
Bölmə:Siyasət | çapa göndər

“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI


“Zühur edən liderciklər gəncləri hədəf seçərək, onları öz siyasətlərinin qurbanına çevirmək istəyirlər”.



Modern.az xəbər verir ki, parlamentin iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat İlham Məmmədov deyib.



İ.Məmmədov son dövrlərdə bəzi dağıdıcı qüvvələrin aktivləşməsini dilə gətirərək qeyd edib ki, keçən əsrin 90-cı illərində özlərini lider hesab edən və tarixin arxivinə çevrilən liderciklər yenidən zühur edərək aktivləşməyə başlayıblar:



“Ancaq gənclər onların bu siyasətinin qurbanı olmaq istəmir”.



Deputat əlavə edib ki, bu gün Azərbaycan gəncliyi dövlət quruculuğunda yaxından iştirak edir: “Ölkə başçısının həyata keçirdiyi kadr islahatlarında gənclərə xüsusi önəm verilir. Onlara etimad göstərilərək, yüksək vəzifələrə təyin olunurlar. Bundan əlavə olaraq ölkədə keçirilən beynəlxalq tədbirlərin təşkilatçıları gənclərdir. Belə demək mümkünsə, gənclər bu gün Azərbaycan dövlətinin aparıcı qüvvəsinə çevrilib”



“Gənclər siyasəti haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər gəldikdə deputat bildirib ki, qanuna dəyişikliklər bir daha gənclərin ölkənin ictimai-siyasi həyatında, dövlət quruculuğunda aktiv iştirakını nəzərdə tutur:



“Qanun gəncləri siyasətinin daha da təkmilləşdirilməsi baxımdan önəmlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024