Mobil versiya
Azərbaycan və çeçen icmaları bununla məşğuldur - Millət vəkili
Tarix: 16-02-2019 | Saat: 16:33
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və çeçen icmaları bununla məşğuldur - Millət vəkili


Çeçenlərlə azəraycanlılar arasında yaşanan insidentin bir daha təkrarlanmaması üçün ciddi addımlar atılacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, bu hadisənin baş verməsini hər kəs təəssüflə qarşılayır:

“Azərbaycan və çeçen xalqları arasında tarixən dostluq, qardaşlıq münasibətləri olub. Ən çətin anlarda bu iki xalq bir-birinin yanında olub. İndinin özündə də Azərbaycan və Çeçenistan arasında çox sıx dostluq, qardaşlıq, siyasi, iqtisadi, dini əlaqələr var. Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan rəhbəri Ramzan Kadırov arasında hamıya nümunə olacaq dostluq münasibətləri mövcuddur”.

Millət vəkili vurğulayıb ki, Moskvada məişət zəminində baş verən hadisə Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz:

“Şübhəsiz ki, hüquq-mühafizə orqanları bu hadisəni araşdırırlar, Moskvada olan Azərbaycan və çeçen icmaları bu məsələ ilə məşğuldur. Belə hadisələrin baş verməməsi üçün ilk növbədə icmalarımız arasında sıx əlaqələr olmalıdır. Bu cür hallar baş verəndə heç kəs özbaşına hərəkət etməməlidir. Hər iki icma arasında bu cür halların qarşısını almaq üçün işlər aparılmalıdır. Xalqlarımız dostdur, istənilən səviyyədə hər zaman mövcud olan xoş münasibətlərimiz bundan sonra da davam edəcək”.

Qeyd edək ki, fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında insident baş verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024