Azərbyacanda ən çox yayılan xəstəliklər (VİDEO)
Tarix: 07-01-2016 | Saat: 11:24
Bölmə:Qərbi Azərbaycan / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər
Ölkədə qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət açıqlanıb.
Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət açıqlanıb.
Son 10 ildə ölkədə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs sisteminin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 %, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30% artıb.
Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklər ölüm hallarının əsas səbəbləridir.
Həkimlər bildirir ki, ekoloji mühitin təmiz olmaması və insanların yedikləri qidalara o qədər də önəm verməməsi, bu cür xəstəliklərin sayının artmasına səbəb olur.
“Düzgün şəkildə qidalanmamaq, hipodinamik həyat tərzi keçirmək, eyni zamanda toksigen – qatqıları çox olan məhsullardan, yəni satışda olan alkaqolsuz şirəli içkilərdən, eləcə də zərərli adətlərdən geniş istifadə etmək. Məhz bütün bunlar bu qisim xəstəliklərin əhali arasında artımına səbəb olur”, – deyə həkim Arzu Musayeva bildirb.
Tibbi mütəxəssislər də bu cür xəstəliklərin cavanlaşmasından narahatdılar. Bildirirlər ki, Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Həmçinin insanların idmana az maraq göstərməsi insan ömrünün azalmasına gətirib çıxarır.
“İnsanlar çox yağlı qidalar qəbul edirlər. Bu bir tərəfdən həddən artıq kalorinin orqanizmə daxil olmasına gətirib çıxarır. Digər bir tərəfdən isə kalori xərclənmir. Yəni insanlar az hərəkətlilik nümayiş etdirirlər. Enerji sərf olunmur, bədəndə depolaşıb qalır”, - deyə tibbi mütəxəssis Adil Qeybulla qeyd edib.
Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın yayılması 39,4% təşkil edib.
Avropa regionunda bu göstərici orta hesabla 40%-dir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-12-2024