Azərbaycan tolerant ölkə kimi
Tarix: 06-01-2016 | Saat: 14:50
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Bu gün pravoslav təqvimində İsanın mövludu günü qeyd olunur. Digər millətlər kimi biz pravoslav icmaları ilə qarşılıqlı anlaşma bir-birimizə hörmət əsasında yaşamışıq . Azərbaycanda çoxsaylı millətlər yaşayır. Ölkədə onlara heç bir ayrı seçkilik qoyulmur. Dinlərinə dillərinə adət-ənənələrinə hörmətlə yanaşılır. Onlar heç bir ayrı seçkliyə məruz qalmır, Azərbaycanlılarla bərabər hüquqludurlar. Azərbaycan tolerant ölkədir. Bu xüsusiyyəti ilə inkişaf etmiş Avropa ölkələri Fransa, Almaniya, Skandinaviya ölkələri hətta bir çox hallarda demokratiyanın beşiyi sayılan ABŞ-dan da üstündür. Almaniya , Fransa kimi Avropa ölkələrində islam və antisemitizm kimi çıxışların internet və mətbuatda tez-tez eşitdiyimiz halda bizim ölkəmiz belə xoşagəlməz hallardan çox uzaqdır.
Bakını bir sıra dinlərin cəmləşdiyi müqəddəs Yerusəlim şəhərinə bənzədirlər. Bu günə qədər Bakının mərkəzi hissəsində erməni kilsəsi hasara alınıb qorunur. Baxmayaraq ki ermənilər İrəvanda tarixi Şah Abbasın dövrünə aid müsəlman memarlığının gözəl nümunəsi sayılan Göy məscid, Sərdar sarayı, Sərdarabad qalası, bir sıra müsəlman pir, hamamları, ustad aşıqlarımızdan sayılan Aşıq Ələsgərin qəbri erməni daşnakları tərəfindən yerlə -yeksan edilmişdir. Həmçinin Ağdam Şuşa məscidlərinə od vurulmuş və bir sıra müsəlman qəbirləri dağıdılmışdı. Bir neçə il bundan əvvəl ermənilərin katolikosu Qaragen Bakıya səfər edərkən həmin erməni kilsəsinə baş çəkmişdir. Öz tolerantlığı ilə həmişə seçilən Azərbaycanlılar Bakıda Çar Rusiyası dönəminə aid alman kilsəsi, rus-pravoslav kilsəsi, bir neçə yəhudi sineqoqu, Roma katolik kilsəsi, Suraxanıda atəşpərəstlik dininin nümunəsi hesab olunan hind atəşpərəstlik məbədini və bir sara abidələri göstərmək olar. İslam dini dinlərin ən axırıncısı olduğuna görə daha mükəmməlidir. İslam İsanı, Musanı peyğəmbər kimi qəbul edir və hümmətlərinə hörmətlə yanaşmağı söyləyir. İslam elmə, kitaba, savada hörmət edir. İslam dini ədalətli din olduğunun bariz nümunəsi kimi Ərəb xilafəti və Osmanlı türkləri çox əziyyət çəkmədən yürüşlər zamanı qonşu xalqları tabe etdirirdi. İslamda ailə müqəddəsdir. İslamda ədalətsiz müharibə, ədavət saxlamaq günahdır. Tarixə nəzər salsaq İspaniyanın çiçəklənən və dinc əmin amanlıq dövrü İspaniyada xilafətin hökmran olduğu dövrlərə təsadüf edir. Elə ki xristianlar şəhərləri ərəblərdən geri aldı sonra burada indungensiya yəni diri-diri tonqalda yandırma ainləri keçirilməyə başladı. Bu xüsusilə xilafət dövründə ərəblərlə dinc şəraitdə yaşayan yəhudilərə tətbiq edilirdi. İslamın digər dinlərdən başqa fərqi isə Allah kimi səndə rəhmli mərhəmətli olub günahı bağışlamağı bacarmalıdır kimi təbliğ edilməsidir. İslamda halallıq əsas bir meyar olduğundan haqqını halal et deyimi əsas götürülür. Bir sıra məhşur şəxslər idmançılar müğənnilər İslam dinini qəbul edib həcc ziyarətinə gediblər. Bunlara Amerikanın pop kralı sayılan Maykıl Ceksonu, boksçular
Məhəmməd Əli, Mayk Taysonu futbolçulardan Frank Riberi, Terri Anri kimi şəxləri misal göstərmək olar.
Hər bir dinə hörmətlə yanaşan Azərbaycan xalqı provaslavların özəl günü olan İsa peyğəmbərin mövludu münasibəti ilə onları rəsmi olaraq təbrik edib. Tanrıdan insanları , insanlığı, bəşəriyyəti hifs etməyi diləyirik.
Rovşən Şirxanlı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024