Ziyafət Əsgərov: “Bu konvensiya üçün 20 ildən çox danışıqlar gedib”
Tarix: 04-02-2019 | Saat: 16:07
Bölmə:Siyasət | çapa göndər
Bu gün Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
Modern.az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib.
O xatırladıb ki, 2018-ci ilin avqustunda Xəzəryanı ölkələr arasında Xəzər dənizinin statusu ilə bağlı böyük tarixi əhəmiyyətə malik olan Konvensiya imzalanıb: “Bununla əlaqədar iyirmi ildən çox danışıqlar gedib, işlər görülüb. Bu, bizim üçün tarixi qələbədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin qələbəsidir”.
Qeyd edilib ki, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsi haqqında” və “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edən Z.Əsgərov bildirib ki, təklif olunan dəyişikliklər redaktə xarakterlidir.
Deputatlar təklif olunan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıblar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024