Mobil versiya
İctimai Birliyin sədri: Prezident İlham Əliyevin nitqi Azərbaycan gəncliyinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynayır
Tarix: 01-02-2019 | Saat: 16:46
Bölmə:Gündəm | çapa göndər

İctimai Birliyin sədri: Prezident İlham Əliyevin nitqi Azərbaycan gəncliyinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynayır


"Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində ölkə gəncliyinə inandığını və güvəndiyini bəyan etdi. O qeyd etdi ki, haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Cənab Prezidentin bu yüksək etimadı gəncliyimizi qürurlandırmaqla yanaşı, məsuliyyətimizi də artırır. Gənclər bundan sonra da öz fəaliyyətləri ilə dövlətin onlara göstərdiyi etimadı doğrultmağa çalışacaqlar".

Bunu Trend-ə "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, respublika toplantısının iştirakçısı Fərid Şahbazlı deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin nitqi Azərbaycan gənclərinin gələcək fəaliyyətində yol xəritəsi rolunu oynamaqla yanaşı, gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən etdi: "Azərbaycanda həyata keçirilən gənclər siyasətinin mahiyyətində gəncliyi dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda, dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün gənclər hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində yaxından iştirak edirlər”.

F.Şahbazlı bildirib ki, 2 fevral - Gənclər Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir: "Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, həmçinin gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir”.

İctimai Birlik sədrinin sözlərinə görə, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir: "Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və rayonlarda "Gənclər evi”nin, "Gənclər mərkəzi”nin istifadəyə verilməsi gəncliyin uğurlu gələcəyinə hesablanıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə