Mobil versiya
Səfir: Sumqayıt Kimya Sənaye Parkında istehsal olunacaq məhsulların böyük bir qismi Türkiyə bazarlarına ixrac olunacaq
Tarix: 30-01-2019 | Saat: 18:50
Bölmə:Siyasət | çapa göndər

Səfir: Sumqayıt Kimya Sənaye Parkında istehsal olunacaq məhsulların böyük bir qismi Türkiyə bazarlarına ixrac olunacaq


Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın iqtisadi inkişafının göstəricisidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına səfəri zamanı jurnalistlərə Türkiyə səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə, Sənaye Parkının tikintisində Türkiyə şirkətlərinin də rolu olub:

“Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığının bir hissəsidir. Burada istehsal olunacaq məhsulların böyük bir qismi Türkiyə bazarlarına ixrac olunacaq”.

E.Özoral bildirib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Sənaye Parkında istehsal olunacaq məhsulları Türkiyəyə çatdıraraq oradan Avropaya da ixrac etmək mümkün olacaq:

"Gələcəkdə bura təkcə Azərbaycanın deyil, Türkiyənin də iqtisadi inkişafına mühüm töhfə verəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024