Mobil versiya
Səhiyyə Nazirliyi qripdən öldüyü deyilən idmançıya qoyulan DİAQNOZU açıqladı: “Ağciyərləri...”
Tarix: 28-01-2019 | Saat: 11:19
Bölmə:Manşet / İdman | çapa göndər

Səhiyyə Nazirliyi qripdən öldüyü deyilən idmançıya qoyulan DİAQNOZU açıqladı: “Ağciyərləri...”


Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov qripdən dünyasını dəyişməsi xəbəri müzakirələrə və “donuz qripi”nin ölkəmizdə yayılması ilə bağlı narahatlıqlara səbəb olub.


Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, idmançı Xamis Məmmədov 24 yanvar 2019-cu ildə Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:


“Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, Xamis Məmmədov yanvarın 26-da dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”.



S.Əhmədova bu günədək Azərbaycanda “donuz qripi”nin qeydə alınmadığını bildirib.



Qeyd edək ki, idmançının yanvarın 26-da dünyasını dəyişib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a bildirib ki, idmançı bir müddət əvvəl soyuqdəymədən müalicə alıb və qripdən dünyasını dəyişib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə