Mobil versiya
Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
Tarix: 19-01-2019 | Saat: 11:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır



Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır. Bunu Trend-ə özəl müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

E.Özoral qeyd edib: "Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olan qəhrəman soydaşlarımızı bu gün rəhmətlə yad edirik. Lakin 29 il bundan əvvəl baş vermiş bu kədərli hadisənin Azərbaycanın gələcəyinə məşəl kimi işıq saldığını, ölkənin müstəqilliyinin qazanılmasına yol açdığını hər zaman xatırlamaq borcumuzdur. Şübhəsiz ki, Azərbaycan xalqı müstəqillik yolunun vacib mərhələlərindən birini təşkil edən bu hadisələri heç vaxt unutmayacaq və şəhidlərini həmişə layiq olduqları minnətdarlıq hissi ilə yad edəcək. Bu məqsədlə başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən atılan addımlar təqdirəlayiqdir".

Diplomatın sözlərinə görə, Türkiyə xalqı sevincli günlərdə olduğu kimi, kədərli günlərdə də Azərbaycan xalqının yanında olmağa davam edəcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024