Mobil versiya
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
Tarix: 18-01-2019 | Saat: 16:15
Bölmə:Siyasət | çapa göndər

Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir


Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan həm iqtisadi, həm də siyasi konstruktiv əlaqələr, münasibətlərin yüksələn xətlə inkişafı ölkəmizi istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

S.Seyidov bildirib ki, Azərbaycanla Aİ arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətində danışıqlar hazırda konstruktiv şəkildə davam edir.

“Ancaq bu məsələ ilə bağlı dinləmələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub: Azərbaycan-Aİ danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki bu gün Avropa Parlamentinin müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Elə bu kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir”.

Komitə sədri qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir:

“Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclislə Avropa Parlamenti arasında konstruktiv əməkdaşlıq davam etdiriləcək”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024