Mobil versiya
Səfirliyimizə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ
Tarix: 18-01-2019 | Saat: 11:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

Səfirliyimizə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ


"Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycanın Moskvadakı səfirliyinə heç bir nota daxil olmayıb”.

aia.az xəbər verir ki, bunu "Report”-a cavab olaraq Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.

"Nota verilməyib. Sadəcə məlumat xarakterli yaddaş qeydi daxil olub. Hansı ki, rəsmi diplomatik yazışma hesab olunmur. Bu da Rusiyanın erməni mənşəli vətəndaşlarının Azərbaycan hava limanlarında və ya digər sərhəd keçid məntəqələrində gələcəkdə süni əngəllərlə rastlaşmamaları barədə məlumat xarakterli bir xahişdir”-deyə, səfirlikdən bildiriblər.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatı Rusiya XİN-nin bu ölkədəki Azərbaycan səfirliyinə nota təqdim etməsi barədə xəbərlər yayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024