“Dövlətə yük olan qurumların hamısı ləğv edilməlidir” - Fəzail Ağamalı
Tarix: 16-01-2019 | Saat: 15:58
Bölmə:Siyasət | çapa göndər
Azərbaycanda yeni struktur islahatlarına başlanılıb. Son günlər ərzində bir neçə qurum ləğv edilib, bəzi dövlət müəssisələrinin idarəçiliyi yenidən təşkil edilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında xüsusilə bu məsələyə toxunaraq, idarəetmə strukturunun köhnəldiyini bildirib.
“Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”-, Prezident çıxışında deyib.
Deputat Fəzail Ağamalı Azərbaycanda aparılan struktur islahatları ilə bağı Azvision.az -a bildirib ki, ölkə başçısının bu addımı onun islahatçı prezident imicini bir daha ortaya qoyur.
“Bu günlərdə ölkə başçısı bir neçə fərman imzalayıb. Bu fərmanlar mahiyyət etibarı ilə ölkəmizdə idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Strukturların yenilənməsi ölkəmizdə daha çevik, operativ və konkret idarəçilik sisteminin yaranmasına xidmət edir. “Azərsilah” ASC-nin yaradılması imkan verir ki, qeyri-neft sektorunun mühüm bir sahəsi kimi ölkəmizə valyuta gətirən bir struktura çevrilsin. “Azərsilah” ASC-nin yaradılması ilə ölkəmizdə yeni silahlar istehsal olunacaq. Belə ki, ayrı-ayrı ölkələrlə birgə silah istehsal edən müəssisələrin yaradılması, istehsal olunan silahların dünya bazarına çıxarılması ölkəmizə valyuta gətirilməsi ilə nəticələnəcək. Həmçinin aqrar sektorda müxtəlif xidmətlər var idi. Bu xidmətlər Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olsa da, onların fəaliyyətinin vahid mərkəzlə əlaqələndirilməsinə ciddi ehtiyac duyulurdu. Ölkə başçısı bunu təmin edərək Kənd Təsərrüfatı Nazirliyində özünü ifadə edən ayrı-ayrı xidmət sahələrini vahid aqrar xidmət mərkəzinə çevirdi. Bu, kənd təsərrüfatının həmin istiqamətdəki fəaliyyətinə çevik imkanlar yaradır, işləri xeyli dərəcədə asanlaşdırır”.
F.Ağamalının sözlərinə görə, dövlət büdcəsinə yük olan, adı olub, fəaliyyəti gözə dəyməyən qurumların ləğvi vacibdir: “Bəzi strukturların öz fəaliyyətini ictimai əsaslarla davam etdirməsi məqsədəuyğundur. Həmin sahələrə xərclənən vəsait büdcədə qalaraq daha əhəmiyyətli, mühüm dövlət layihələrinin reallaşmasına xərclənə bilər. Bu islahatlar dövlətçiliyimizi gücləndirir. Həmçinin, bu addımlar struktur dəyişikliyi ilə idarəçilik sisteminin təkmilləşdirilməsinə və müasir çağırışlara cavab verən mobil sistemin yaranmasına xidmət edir. Digər tərəfdən bu dövlət büdcəsinə qənaətdir. Bu qənaət başqa sahələrin inkişaf etdirilməsinə yönəldilir. Ümumilikdə isə islahatlar əhalinin dövlət strukturlarına daha əlçatan olmasına və onun problemlərinin çevik formada həll olunmasına xidmət edir. Həm də sahibkarlığın inkişafına mühüm töhfələr verir. Əminəm ki, struktur dəyişikliyi bundan sonra da davam edəcək, qarşıdakı zamanda paralel strukturların birləşməsinə, hələ də dövlət büdcəsində yükə çevrilən bir sıra srukturların ləğvinə xidmət edən fərmanların şahidi olacayıq”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu