Yol Polisindən sürücülərə - XƏBƏRDARLIQ
Tarix: 02-01-2016 | Saat: 13:05
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Piyadalara da çağırış edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib.
Polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, havaların qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır.
Yol polisi bunu nəzərə alaraq, sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır.
Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki, sürücülər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalıdırlar. Hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalıdır.
Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər.
V.Əsədov xüsusi vurğulayıb ki, sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ciddi əməl etməlidirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024