Mobil versiya
Ərdoğan: Türkiyənin Suriyada yeni əməliyyat başlamasına heç kim mane ola bilməz
Tarix: 08-01-2019 | Saat: 16:49
Bölmə:Siyasət | çapa göndər

Ərdoğan: Türkiyənin Suriyada yeni əməliyyat başlamasına heç kim mane ola bilməz


Türkiyəyə Suriyanın şimalında yeni antiterror əməliyyatı başlamasına heç kim mane ola bilməz.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın şimalında hər hansı bir terror təşkilatının güclənməsinə imkan verməyəcək.

Prezident bildirib ki, ABŞ rəsmilərinin Suriyanın şimalındakı əməliyyatın etnik kürdlərə yönələcəyi barədə bəyanatları əsassızdır:

“Suriyalı qaçqınları qəbul edərkən Türkiyə heç vaxt etnik mənsubiyyətə görə fərq qoymayıb. Türkiyə həm kürd, həm müsəlman, həm də xristian ərəbləri qəbul edib”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə ilk növbədə öz milli maraqlarına uyğun addım atır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024