Mobil versiya
Millət vəkili: Anti-Azərbaycan mərkəzlər Mehman Hüseynovu süni gündəmə alət etməyə çalışırlar
Tarix: 08-01-2019 | Saat: 14:33
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili: Anti-Azərbaycan mərkəzlər Mehman Hüseynovu süni gündəmə alət etməyə çalışırlar


Son günlər anti-Azərbaycan mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və barəsində məhkəmə hökmü olan Mehman Hüseynov adlı şəxsi bu məqsədlə həmin süni gündəmə alət etməyə çalışırlar. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, əslində bu hay-küyün M.Hüseynovla heç bir əlaqəsi yoxdur: “O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər bir daha onu növbəti qanun pozuntusuna cəlb etməklə vəziyyətdən sui-istifadə edirlər. Bu yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-Azərbaycan şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı qoyurlar. Hazırda baş verənlər də növbəti belə oyunun bir halqasıdır”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır:

“Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər. Nəticədə belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Çünki hazırkı mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlublar isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət, bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı bu tipli manipulyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq anti-Azərbaycan mərkəzlərin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq göstərmək mümkün deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024