Mobil versiya
Azərbaycanda rektor vəfat etdi - YENİLƏNİB
Tarix: 07-01-2019 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda rektor vəfat etdi - YENİLƏNİB


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib. Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib.

Məlumatı Modern.az-a Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Mehman Mehdiyev təsdiqləyib.


Mərhum 24 iyul 2015-ci il tarixindəı Fövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdi.



Çingiz Mansur oğlu Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. 1987-93-cü illərdə “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi karyerasına başlayıb. O, gərgin əməyi və bacarığı hesabına kapitan rütbəsinə kimi yüksələ bilib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.

1993-96-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidməti üzrə rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə “Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrında Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulunda ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrini tutub.

24 iyul 2015-ci il tarixində ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin edilib.

23 senytabr 2015-ci il tarixində texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2016-cı il 24 iyunda “Dənizçi günü” münasibətilə “Donanmanın fəxri işçisi” nişanı, respublikanın ictimai-siyasi həyatında iştirakına görə müxtəlif fəxri fərmanlarla təltif olunub.

Çingiz Əliyev 17 elmi məqalənin, beş dərsliyin müəllifidir.

YAP-ın üzvüdür.

Ailəli idi, üç övlad atasıdır.



Allah rəhmət eləsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024