Mobil versiya
Naxçıvanın Nazirlər Kabineti qaydaları dəyişdirdi
Tarix: 04-01-2019 | Saat: 12:37
Bölmə:Gündəm | çapa göndər

Naxçıvanın Nazirlər Kabineti qaydaları dəyişdirdi


Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin dekabr ayında bir sıra qərarlar qəbul edib.



Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2018-ci il 11 dekabr tarixli qərarları ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 oktyabr tarixli 95 nömrəli, “Qapalı və sosialyönlü ictimai dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaitləri hesabına alınan ərzaq məhsullarının qiyməti”nin təsdiq edilməsi haqqında” 2017-ci il 11 yanvar tarixli 2 nömrəli, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 7 mart tarixli 13 nömrəli qərarlarında və “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilib.



Müvafiq qaydalarda edilmiş dəyişikliyə görə 2019-cu il yanvarın 1-dən etibarən avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65 dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan), yaxud “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılırlar.



Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 17 dekabr tarixli Qərarı ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları”nda, 2018-ci il 26 dekabr tarixli qərarları ilə “Elektron xidmət növlərinin Siyahısı”nda və “Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin təsdiq edilməsi haqqında” 2017-ci il 13 mart tarixli 16 nömrəli Qərarında və 2018-ci il 29 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabatsənədi kimi uçotu Qaydaları”nın və Naxçıvan Muxtar Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 19 mart tarixli 33 nömrəli Qərarında dəyişikliklər edilib.



Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024