Mobil versiya
Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal edə bilər
Tarix: 29-12-2018 | Saat: 13:08
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal edə bilər


"Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etməyi nəzərdən keçirir".



Modern.az xəbər verir ki, bunu Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalaitlərə açıqlamasında bildirib.



O bu barədə ölkə başçısına məlumat verildiyini deyib:

"Türkiyə ilə birgə vaqon istehsalı ilə bağlı məsələni ali rəhbərliyə məruzə etmişik. Prezident İlham Əliyev məsələyə müsbət rəy versə, Sumqayıtda Texno Parkın yerində türklərlə birgə yeni vaqonların istehsalına başlayacağıq. Rus Avropa istehsalı üzrə vaqonlar var. Bizdə qatar yolunun eni 1520 mm-dir. Bu, Rusiya istehsalıdır. Avropa standartları isə 1435 mm-dir. Bizim qatarların qabaritləri böyük olduğundan tunellərdə ilişir, keçə bilmir. Ona görə türklərlə danışıqlar aparırıq ki, qatarlar hibrid vaqonlar olsun və biz bunu həm Türkiyədə, həm Avropada, Azərbaycanda istifadə edə bilək. Gələcəkdə imkan olsa Batumiyə qədər yolu uzatmaq niyyətindəyik.

Rusiya ilə danışıqlar nəticə vərsə, ilkin olaraq Dağıstana-bu Dərbənd və ya Mahaçqala ola bilər, hətta Minvoda qədər dəmiryolunu uzada bilərik".



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024