Mobil versiya
İlham Əliyev belaruslu həmkarını təbrik etdi
Tarix: 03-07-2015 | Saat: 08:42
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


“Sülh və firavanlıq arzu edirəm”.

Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

aia.az -ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Sevindirici haldır ki, qardaş Belarus sosial-iqtisadi inkişaf, ölkədə asayişin və qanunçuluğun bərqərar edilməsi sahəsində sanballı uğurlar qazanıb.

Əminəm ki, Azərbaycanla Belarus arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə hərtərəfli əməkdaşlığımızın və çoxşaxəli qarşılıqlı fəaliyyətimizin dinamik və konstruktiv inkişafına yönələn birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024