Mobil versiya
Rusiyalıları İŞİD-a qoşmaq istəyən azərbaycanlı qadın tapıldı
Tarix: 28-12-2015 | Saat: 14:31
Bölmə:Gündəm / Parlament / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər

Rusiyalıları İŞİD-a qoşmaq istəyən azərbaycanlı qadın tapıldı
27 yaşlı qadın internetlə qazışaraq qadınları Suriyaya aparmağa çalışıb.
Rusiyada İŞİD terrorçularına qoşulan iki qadın haqqında cinayət işi açılıb. Onlardan biri azərbaycanlıdır. Aia.az-in Rusiya mətbuatına istinadl verdiyi məlumata görə, Kemerovo vilayətində yaşayan azərbaycanlı qadın 1989-cu ildə anadan olub. O, Kemerovo şəhər sakinidir.

Digər qadın isə Novokuzneçka şəhər sakini olan 1990-cı ildə anadan olan şəxsdir. Onlar hər ikisi də hazırda Suriyadadaırlar.

Hər iki qadın həmcinslərini terror təşkilatına cəlb etməyə çalışıb. Onlar öz fəaliyyətlərini internet üzərindən həyata keçiriblər.

İndi hər iki qadın tutulacaqları təqdirdə ömürlərinin bir qismini həbsxanada keçirməli olacaq.
Bir müddət öncə Moskva vilayətinin İstra şəhər məhkəməsi 54 yaşlı azərbaycanlı Vahid Sarıyev tutulub. Azərbaycanlı kişi də İŞİD-la əlaqədə də ittiham edilib. O, dörd il həbsə məhkum edib.

Aparılan istintaq nəticələrinə görə, Vahid Sarıyev 2013-cü ilin sonunda Suriyaya gedərək burada İŞİD terror qruplaşmasının sıralarına daxil olub.

“Türkiyəyə gəldim, İstanbulda idim. Tanımadığım insanlar 25 dollara sərhədi keçməyə kömək etdilər”,- deyə Sarıyev bıldirib. Bir müddət hərbi əməliyyatlara qatılan kişi 2015-ci ilin başlanğıcında istirahət üçün Moskva vilayətinə - yaşadığı İstra şəhərinə qayıtmağa qərar verib.


Vahid Sarıyev

“Sonra qayıtdım. Yoruldum yəqin bundan. İstraya tanışımgilə gələdən 20 gün sonra məni saxladılar”.

[media=https://youtu.be/N2Td1cU6pzU]

İraq Şam İslam Dövləti (İŞİD) İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşmadır. İŞİD 2014-cü il yanvarın 3-də öz müstəqilliyini elan edib. 2014-cü il iyunun 29-da isə İŞİD xilafət yaratdığını elan edib. İŞİD üzvlərinin əsas özəlliyi təkfirçi olmalarıdır. Onlar inanclarını qəbul etməyən hər bir kəsi kafir elan edirlər. Nəticədə, İŞİD-lə döyüşlərdə yüz minlərlə insan həlak olub və ya edam edilib. Bir neçə milyon insan isə qaçqın düşüb.


İŞİD qruplaşmasının nəzarət etdiyi ərazilər (boz rənglə)

Hazırda İŞİD-ə qarşı bir neçə cəbhədə döyüşlər gedir. Qruplaşma ilə Suriya və İraq hökumət qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri, həmçinin Livan və İraq şiələrindən ibarət könüllü birləşmələr, kürd silahlıları döyüşürlər. Amma bu qüvvələr arasında əlaqələndirmə yoxdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə