Mobil versiya
Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsini təsdiq etdi (YENİLƏNİB)
Tarix: 22-12-2018, 16:45 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsini təsdiq etdi (YENİLƏNİB)


Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanunu təsdiq edib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə vergi daxilolmaları Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergiödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Azərbaycanın şəhər və rayonları üzrə gəlirlər 7.316.000.000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120.800.000,0 manat, yerli xərclər 842.812.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.456.434.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 104.046.000,0 manat məbləğində təsdiq edilib.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 022 000,0 min manat məbləğində təsdiq edilib.

Azərbaycanın 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manat müəyyən edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycanın 2019-cu il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 13 586 300,0 min manat məbləğində müəyyən edilib.

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

aia.az



5194 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031