Azərbaycanda sürətlə yayılan xəstəliklər - SOS
Tarix: 27-12-2015 | Saat: 17:05
Bölmə:Gündəm / Qərbi Azərbaycan / Aia TV / Karusel | çapa göndər
Azərbaycanda qeyri-infeksion xəstəliklərlə (QİX) bağlı vəziyyət açıqlanıb. Aia.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində bildirilir.
Sənəddə qeyd olunub ki, son 10 ildə ölkədə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs sisteminin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 dəfə, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30% artıb.
Bundan başqa, son 10 ildə dünya üzrə QİX ilə xəstələnmə halları təxminən 14% artıb. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklər ölüm hallarının əsas səbəbləridir.
Xəstələnmənin strukturunda 50%-dən artıq QİX, o cümlədən qan dövranı sistemi xəstəlikləri 17,6%, tənəffüs sistemi xəstəlikləri 15%, endokrin sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 2,7% təşkil edir. Avropa regionu üzrə isə bu xəstəliklər xəstəlik yükünün 77%-nə barabərdir.
Azərbaycanda ölüm halları əsasən yuxarıda qeyd olunan 4 xəstəliyin payına düşür. Birinci yerdə qan 4 dövranı sisteminin xəstəlikləri (59,8%), 2-ci yerdə bədxassəli yenitörəmələr (12,5%), 3-cü yerdə isə tənəffüsorqanlarının xəstəlikləri (2%) durur.
Səhiyyə Nazirliyinin QİX ilə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda QİX-in böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.
Tədqiqatlar göstərir ki, ölkədə kişilərin təxminən 50%-i tütündən istifadə edir, onların əksəriyyətində (93%-də) belə istifadə gündəlik xarakter daşıyır, böyüklərin 14,3%-i spirtli içkilərdən mütəmadi istifadə edir.
Eyni zamanda, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur.
Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir.
Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) yayılması 39,4% təşkil edib. Avropa regionunda bu göstərici orta hesabla 40%-dir.
Ölkədə hazırda əhalinin hər 100 min nəfərinə şəkərli diabetdən əziyyət çəkən 2 053 nəfər düşdüyü halda, Avropa regionunda bu göstərici 3 560 nəfər təşkil edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024