Mobil versiya
Səməd Seyidov Avropa Parlamentinin qətnaməsini şərh etdi
Tarix: 18-12-2018 | Saat: 14:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səməd Seyidov Avropa Parlamentinin qətnaməsini şərh etdi


"Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar sözün əsl mənasında vacib və gözlənilən nəticə idi".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Səməd Seyidov parlamentin iclasında çıxışı zamanı Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin qorunması ilə bağlı qəbul olunan qətnaməni şərh edərkən deyib.



O bildirib ki, millətimizin ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsir etmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapıb.



Deputatın sözlərinə görə, Avropa Parlamentində münaqişə ilə bağlı bir neçə nəticə var ki, bu nəticələr mütləq şəkildə səslənməlidir: “Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağlasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin mütəşəkkil, ardıcıl, məntiqli işləri nəticəsində belə gözəl nəticə əldə edildi”.



S.Seyidov vurğulayıb ki, birgə görülən iş mütləq şəkildə öz nəticəsini verməli idi.



Qeyd edək ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında təqdim olunan məruzədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin qorunması öz əksini tapmaqla yanaşı, “Şərq tərəfdaşlığı ölkələri"ndə münaqişələrin sülh və ərazi bütövlüyü prinsipi əsasənda həll olunmasının vacibliyi qeyd edilib. Bundan əlavə, sənəddə “Şərq tərəfdaşlığı ölkələri"ndə mövcud münaqişələrdən əziyyət çəkənlərə, qaçqın və məcburi köçkünlərə yardım edilməsi öz əksini tapıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024