Mobil versiya
“Yağış yağanda yol polisinə adamın yazığı gəlir” - Deputat
Tarix: 18-12-2018 | Saat: 12:48
Bölmə:Gündəm | çapa göndər

“Yağış yağanda yol polisinə adamın yazığı gəlir” - Deputat


“Nədənsə Azərbaycana yağış yağan kimi tıxac problemi daha da genişlənir. Bu problemi uzun müddətdir ki, həll edə bilmirik”.



Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, yollarda tıxac problemindən ən çox narazı qalanlar avtomobil idarə edənlər və avtobuslarda sıxışıb qalan insanlardır.



Onun sözlərinə görə, ən azı insanların vaxtında işə gedib çatmasını təmin etmək lazımdır:



“Bu gün Azərbaycanda metro tikintisinin dayanması, ictimai nəqliyyatların çoxluğu və onların yolu tutması tıxaca səbəb olub. Dünyanın bir çox ölkələrində vətəndaşlar daha çox metrobusdan və metrodan istifadə edirlər. Hətta avtomobili olanlar maşınlarını kənarda park edib bu vasitələrdən istifadə edir. Belə olan halda, tıxac problemi yaranmır. Amma nədənsə biz hələ də ictimai nəqliyyat sektorunu qaydaya sala bilməmişik”.



F. Mustafa qeyd edib ki, tıxac probleminin qarşısının alınması üçün yollar tənzimlənməldir:



“Yağış yağanda yol polislərinə adamın yazığı gəlir. Saatlarla yağış altında yollarda dururlar. Buna əlac tapılmalıdır. Əgər tapılmırsa, o zaman xaricdən bu sahə üzrə mütəxəssislər gətirə bilərik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024