Cərrah Məqsəd Bədirov: “Ödsüz yaşamağın heç bir ziyanı yoxdur”.
Tarix: 13-12-2018 | Saat: 12:47
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
- Məqsəd həkim, öddaşı xəstəliyi nədir?
- Öddaşı xəstəliyini kəskin apensitdən sonra yer tutan ikinci bir xəstəlik kimi səciyyələndirmək olar. Əsasən 25-30 yaşını ötmüş insanlarda rast gəlinir. Bu xəstəlikdə letallıq faizi 10-16 arası dəyişir ki, bu da daha çox ahıl adamlarda özünü biruzə verir. Öddaşı xəstəliyi qidalanma rejimi pozulduqda, həyat tərzi düzgün qurulmadıqda, maddələr mübadiləsi pozulduqda və s. hallarda yaranan bir xəstəlikdir. Ümumiləşdirib desək, hər bir öddaşı xəstəliyi diri və ya ölmüş vəziyyətdə olan mikrobların abidəsidir. hipertoniya
- Bəs bu daşların qalıcılıq müddəti nə qədərdir?
- Pasientlər bəzən deyirlər ki, məndə olan daşlar “lal” daşlardır. Heç bir ağrı vermir. Ancaq istənilən halda, bu daşlar müəyyən zaman kəsiyindən sonra öz fəsadını göstərə bilir. Mən elə pasientə rast gəlmişəm ki, onun ödündə 30 il daş olub. Heç bir ağrı verməyib. Lakin 68 yaşında ağrılar onu narahat etməyə başlayıb və biz onu əməliyyata salmışıq. Ümumiyyətlə, belə daşlar tədricən iltihablaşma yaradır. Öd yollarından ifraz olunan öd qana keçir və sarılıq əmələ gətirir. Bu zaman xəstənin üzündə saralmalar baş verir.
- Bu xəstəliyin başqa hansı əlamətləri olur?
- Əsasən, sağ qabırğanın alt nahiyəsində küt ağrılar müşahidə olunur. Bu xəstəliyi olan insanlar səhər yuxudan qalxanda ağız boşluqlarında bir acılıq, turşuluq hiss edirlər. Bundan başqa, mədəaltı vəzidə, ürək nahiyəsinədə problemlər meydana gəlir. Tənəffüs sistemində ağırlaşma, köpmə və qəbzlik kimi hallar müşahidə edilir. Bəzən xəstələr təzyiqlərinin yüksək olmasından şikayətlənirlər və kardioloqlara müraciət edirlər. Lakin düzgün istiqamət götürən kardioloq təyin edir ki, həmin pasientdə öddaşı xəstəliyi var.
- Öd kisəsində olan daşın miqdarı törədəcəyi fəsadlara nə dərəcədə təsir edir?
- Daşın miqdarının heç bir fərqi yoxdur. İstər az olsun, istərsə də çox. Bəzən elə olur ki, öddə daşın sayı çox olsun, amma heç bir ağrı verməsin. Ola da bilər ki, bir daş olsun, amma ağrı və fəsad versin.
- Öddaşı xəstəliyinin əlamətləri hansılardır?
- Əsasən sağ qabırğanın altında küt ağrılar, ağırlıq, ağız boşluğunda acının, turşuluğun olması və s. kimi əlamətlər sözügedən xəstəliyin əlamətlərindəndir. Ümumiyyətlə, bu xəstəliyə düçar olanlar yağlı yeməklər yedikdən sonra onlarda bir ağırlaşma olur ki, bu da digər orqanlara ve sistemlərə təsir edir. Bəzən isə hipertoniyaya yol açır.
- Ödün birdəfəlik götürülməsi gələcəkdə insan üçün bir təhlükə yaradırmı?
- Bu barədə xəstələr bizdən tez-tez soruşurlar. Öd əməliyyartına girməkdə tərəddüd edirlər. Lakin qəti olaraq bildirirəm ki, ödsüz yaşamağın heç bir ziyanı və fəsadı yoxdur. Öddə daş varsa, onu götürmək məsləhətdir. Necə ki, apendsiti götürəndən sonra normal yaşamaq olursa, ödü də götürəndə həyat fəaliyyətinə normal şəkildə davam etmək mümkündür.
- Bu xəstəliyin diaqnostikası hansı yollarla aparılır?
- Səhiyyənin inkişafını nəzərə alıb deyə bilərik ki, indi öddaşı xəstəliyini müayinə etmək çətin məsələ deyil. Bunun üçün nəzərəd tutulmuş ən yaxşı müayinə üsullarından biri qarın boşluğunun ultrasəs müayinəsidir. Lakin elə hallar olur ki, həmin müayinə ilə daşın hansı nahiyədə olduğunu təyin etmək olmur. Əlavə kompyuter tomoqrafiyasına müraciət olunur. Bundan başqa, qanın ümumi analizi və digər labarator müayinələr də mövcuddur.
- Öddaşı xəstəliyinin əməliyyatı hansı yollarla aparılır?
- Öncə qeyd edim ki, xəstələr bəzən əməliyyat olunmaqdan qaçırlar. Müəyyən türkəçarələrdən istifadə etməklə daşların əridilməsinə ümid edirlər. Lakin bu tamamilə yalnış təfəkkürdür. Hətta deyərdim ki, böyrəkdaşı ilə müqayisədə öddaşının türkəçarələrlə əridilməsinə cəhd etməyin özü bir cinayətdir. Bir sözlə, bu yönümdə konservativ müalicələr birmənalı şəkildə inkar olunur. Bu xəstəliyin əməliyyatı iki yolla aparılır. Həm açıq, həm də qapalı. Hər əməliyyat növünün özünəməxsus üstünlükləri var. Müasir cərrahiyyədə laparoskopik (qapalı) əməliyyatlar qarın böşluğunda üç dəlik açılmaqla qapalı şəkildə həyata keçirdilir. El dilində buna “lazer” əməliyyatı deyilir. Bu əməliyyatdan sonra kosmetik izlər qalmır, pasient öz əmək qabiliyyətini tez bərpa edir. Bir sözlə, laparoskopiya müasir tibbdə “qızılı standart” hesab olunur.
- Son olaraq nə demək istəyirsiniz?
- Onu demək istəyirəm ki, öddaşı xəstəliyi olan pasientlər əməliyyatdan çəkinməsinlər. Planlı şəkildə əməliyyata girsinlər və əməliyyat növlərini özləri seçsinlər.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024