Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair – TƏKLİFLƏR
Tarix: 03-07-2015 | Saat: 08:36
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
Bu dəfə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının üzərində işlədiyi Tədbirlər Planı ilə bağlı təkliflə çıxış edib.
Aia.az -ın məlumatına görə, Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “APA-Economics”ə bildirib ki, “Azəryolservis” ASC Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına Bakıya yük avtomobillərinin yalnız saat 24:00-dan 7:00-a qədər buraxılmasını təklif edib.
Eyni zamanda saat 24:00-dan 7:00-a qədər Bakıya daxil olmuş yük maşınlarının saat 7:00-dan sonra şəhərdə hərəkətinə icazə verilməməsi də təklifdə əksini tapıb:
“Yəni saat 24:00-dan 7:00-a qədər yük maşınları şəhərdə hərəkət edə bilər, ancaq 7:00-dan sonra bu yük maşınlarının şəhərdə hərəkət etməməsi barədə şərt gözlənilməlidir. Səhər saat 7:00-dan gecə saat 24:00-a qədər yük maşınları olduğu yerdə qalmalıdır”.
A.Nəcəfli onu da qeyd edib ki, indiyə qədər yük maşınlarının Bakıya daxil olması ilə bağlı müəyyən məhdudiyyətlər qoyulsa da, günorta saatlarınla şəhərin müxtəlif hissələrində yük maşınları hərəkət edib:
““Azəryolservis” ASC bu təklifi irəli sürməklə bu sahədə tənzimlənməyə nail olmaq istəyir. Bu təkliflə bağlı son qərarı Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası verəcək”.
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.
Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı
29-10-2024