Azərbaycanda 2 minə yaxın xəstə ürəyindən əməliyyat olunub
Tarix: 26-12-2015 | Saat: 15:08
Bölmə:Qərbi Azərbaycan / Aia TV / Karusel | çapa göndər

13 əcnəbiyə orqan köçürülüb.
Azərbaycanda artıq 25 uşağa sümük iliyi köçürülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aia.az-a verilən məlumata görə, Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına 2014-cü ildən başlanılıb.
Nazirlikdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub, 391 uşağın üzərində kardiocərrahiyyə əməliyyatı həyata keçirilib.
Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb.
2015-ci il ərzində 81 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər